Motosiklet qəza törədərkən sığorta hadisəsi necə qiymətləndiriləcək? - VİDEO

10-09-2023, 11:14           
Motosiklet qəza törədərkən sığorta hadisəsi necə qiymətləndiriləcək? - VİDEO
Sürəti saatda 50 km/saatdan yuxarı olan motosikletlər dövlət qeydiyyat nişanı ilə təmin edilir və onu idarə edənlər də sürücülük vəsiqəsi alırlar.

Xezerxeber.az xəbər verir ki, “Yol Hərəkəti Haqqında” qanunda edilən bu dəyişiklik avqustun 1-dən qüvvədədir. Bu tip nəqliyyat vasitələrini idarə edənlərin qayda pozuntularına yol verdiklərini nəzərə alsaq, belə bir sual aktuallaşır:

Motosikletçilərin də mülki məsuliyyəti icbari qaydada sığortalanmalıdırmı? Bəs motosikletçilər qəza törədərlərsə, qarşı tərəfə dəymiş zərər necə hesablanır?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, dövlət qeydiyyat nişanı olan motosiklet sürücüləri nəqliyyat vasitələrini sığorta etdirməsələr, xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada cərimə edilirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru