İrəvanın "təcili danışıq" çağırışının iki məqsədi...

10-09-2023, 11:42           
İrəvanın "təcili danışıq" çağırışının iki məqsədi...
Ermənistanın “Azərbaycanla təcili danışıqlar aparmaq” istəyi mövcud vəziyyətdə daha çox diplomatik kələyə bənzəyir. İrəvan anlayır ki, sərhəddə yeni eskalasiyanın onlar üçün ağır nəticələri olacaq, hərçənd, vəziyyəti özlərinin gərginləşdirməsi fonunda “təcili danışıq” çağırışının iki məqsədi var:

- “Sülhdən yana” olduqlarını göstərmək və mümkün hərbi gərginlikdə Azərbaycanı ittiham etməkdir;

- Danışıqlarında öz tələblərini yenidən aktuallaşdırmaq: Bakı “təcili danışıqlar”a razı olarsa, İrəvan köhnə istəklərini – “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsiliyi üçün beynəlxalq mexanizmin yaradılması”, qondarma “Bakı-Xankəndi” formatının qurulması və s. – təkrarlayacaq və nəticə etibarilə zaman qazanmağa çalışacaqlar;

Rəsmi Bakı isə Paşinyandan “təcili danışıqlar”a dair təklif almadığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru