Ötən gecə Yevlaxdakı partlayış səslərinin səbəbi bilindi - Rəsmi açıqlama

10-09-2023, 14:07           
Ötən gecə Yevlaxdakı partlayış səslərinin səbəbi bilindi - Rəsmi açıqlama
Ötən gecə Yevlaxda güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Hətta ehtimal irəli sürülüb ki, hava hücumundan müdafiə vasitələri işə düşüb. Lakin sonradan məlum olub ki, partlayış səsi ildırım çaxması nəticəsində yaranıb.

Belə ki, ildırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.

Bu barədə APA-ya Yevlax Şəhər İcra Hakimiyyətindən xəbər verilib.

Qeyd edilib ki, rayon ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Belə ki, 10.09.2023-cü il tarixdə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru