Tiktoker Fidanı döydüyü deyilən iş adamı DANIŞDI: "Adı Çinarədir" - VİDEO

19-09-2023, 09:08           
Tiktoker Fidanı döydüyü deyilən iş adamı DANIŞDI:
“TikTok”da çoxsaylı izləyici kütləsi olan Fidan adlı xanım videopaylaşımında iddia edir ki, guya iş adamı İlham Qədimbəyli tərəfindən ona qarşı zorakılıq göstərilib, döyülüb, hətta onun başına odlu silah belə dayayıblar. Lakin həmin xanım deyilənləri təsdiqləyəcək hər hansı dəlil göstərmir.

Publika.az bildirir ki, Baku TV-nin əməkdaşı iddiaların doğru olub-olmadığını dəqiqləşdirmək üçün videoda adı çəkilən iş adamı İlham Qədimbəyli ilə əlaqə saxlayıb. Sözügedən şəxsin sözlərinə görə, səsləndirilən iddialar əsassızdır:

“Onun adı Fidan deyil, Çinarə Quliyevadır. Dedikləri şər-böhtandır. Əlində hansı sübut var?!”.

İ.Qədimbəyli bildirib ki, Fidan adlı şəxslə “TikTok” vasitəsilə tanış olub.

Qeyd edək ki, məsələ ilə bağlı hazırda Daxili İşlər Nazirliyində araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru