Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL

19-09-2023, 11:38           
Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
Bəzi qida məhsulları ağciyərin sağlamlığını qorumağa kömək edir. Bu məhsullar ağciyərin funksiyalarını yaxşılaşdırır, təmizləyir, ağciyər xəstəlikləri zamanı sağalma proseslərini sürətləndirir, ağciyəri ağır xəstəliklərin inkişafından qoruyur.

Koronavirus epidemiyası zamanı bu məhsulların istehlakı xüsusilə vacibdir.

Bu məhsulları sizə təqdim edir:

Cəfəri

Apigenin maddəsi sayəsində cəfəri ağciyərin hüceyrələrini qoruyur, iltihablar və ağciyər xəsrçənginin riskini azaldır.

Kərə yağ

Ağciyərin sağlamlığı üçün kərə yağının istehlakı çox vacibdir. Mütəxəssislər ağciyəri respirator və virus xəstəliklərdən qorumaq üçün hər gün səhər yeməyi zamanı 20 qr kərə yağı yeməyi tövsiyyə edirlər.

Sarımsaq

Sarımsaq allisin maddəsi ilə zəngindir. Allisin mikrobları öldürür, respirator xəstəliklərinin ehtimalını azaldır. Araşdırmalar göstərir ki, həftədə ən azı 2 dəfə 1 diş sarımsağın istehlakı ağciyər xərçənginin riskini 40% azaldır.

Brokkoli

Con Xopkins Tibbi məktəbinin alimləri aşkar ediblər ki, brokkolinin tərkibində olan sulforafan maddəsi ağciyərin təmizlənməsi prosesini stimullaşdırır.

Alma

Alma ağciyər hüceyrələrini qoruyur və onların bərpa proseslərini stimullaşdırır.

Su

Həmçinin ağciyərin yaxşı fəaliyyəti üçün suyun kifayət miqdarda istehlakı çox vacibdir. Alimlər hər gün 1-1,5 l su içməyi tövsiyə edirlər. \\Saglamolun.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru