Normal yuxu almadığınızı göstərən 8 əlamət

20-09-2023, 08:34           
Normal yuxu almadığınızı göstərən 8 əlamət
Uzun müddət normal gecə yuxusu almayan insanlar bunun əvəzini itirilmiş sağlamlığı ilə ödəyə bilər.

Teref.Az xəbər verir ki, terapevt İrina Andreyeva yuxusuz qalmağın fəsadlarını tanımağın yollarını açıqlayıb.

Bu əlamətlər orqanizmə təcili surətdə normal yuxu lazım olduğunu göstərir.

“Diqqət, yaddaş pozğunluğu, immunitet zəifliyi, tez-tez xəstələnmə, psixi və emosional stabilliyin olmaması, stress vəziyyətində tez-tez əhvalın dəyişməsi, aqressiya, əzələ zəifliyi, enerji azlığı, ürək-damar problemləri, piylənmə, insulin dirənci və s.

Əgər bu əlamətlər varsa, siz hər axşam 8-9 saat gecə yuxusu almalısız.

Amma yuxuya getmək üçün özünüzü məcbur etməyin, bu halda rahat yatmaq olmayacaq. Bədəninizi öyrənin,rejimi qaydaya salın.

Əgər siz yerinizə uzandıqdan sonra 30 dəqiqə ərzində yuxuya gedə bilmirsizsə, deməlik, yuxusuzluq problemi var.

Belə adamlar qarışıq yuxular görür, yuxusu yadda qalmır, yuxudan oyanandan sonra aclıq hiss edir”. \\Medicina.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru