Mələkxanım Ramalı qızının nişanına niyə çağırmayıb?

19-10-2023, 21:23           
Mələkxanım Ramalı qızının nişanına niyə çağırmayıb?
Xəbər verdiyimiz kimi, müğənni Ramal İsrafilov bir neçə gün əvvəl bibisi, Xalq artisti Mələkxanım Eyubovanın onu qızı Nəzrinin nişan məclisinə dəvət etmədiyini bildirmişdi.

Sənətçi "7 tamam" verilişində məsələyə aydınlıq gətirib. O, nişanın ailə arasında keçirildiyini qeyd edib:

"Ramal ailəmizin gözü, başımızı tacıdır. Övladlarım Hökümənin və Cəfərin də toylarını Ramal aparıb. Onsuz bizim heç bir işimiz olmayıb. Nişanda ancaq Nəzrinin rəfiqələri, oğlan və qız evi oldu. İstədik ki, heç kim bilməsin. Ramalın şənbə günü toyu var idi. Amma Nəzrinin toyunda Ramal orada olacaq".

Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla nişanlanıb. \\Manset.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru