“Tərtər işi”ndə bəraət alan baş leytenanta bu qədər təzminat veriləcək - TƏFƏRRÜAT

19-10-2023, 10:55           
“Tərtər işi”ndə bəraət alan baş leytenanta bu qədər təzminat veriləcək - TƏFƏRRÜAT
“Tərtər işi” ilə bağlı 20 il müddətinə məhkum edilərək 5 il 7 ay sonra bəraət alan baş leytenant Sultan Zeydullayevə təzminat kəsilib.

TEREF.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə iddiaçının tələbini qismən təmin edib.

Qərara əsasən, S.Zeydullayevə maddi ziyana görə 115 min 642 manat, mənəvi ziyana görə 67 min manat, ümumilikdə 182 min 642 manat təzminat ayrılıb.

İş üzrə cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi qərardan narazı qalıb.

Qeyd edək ki, baş leytenant Zeydullayev Sultan Ramazanoviç 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il bəaət alaraq azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru