“İlin rəqəmsal siması” kimdir ?
20-10-2023, 09:54

MilliNet müsabiqəsinin Nominasiyalarından birisi "İlin rəqəmsal siması” Xüsusi Nominasiyasıdır.
Bu Nominasiyada kimlər yarışa qatıla bilər ?
“İlin rəqəmsal siması” ölkədə rəqəmsal transformasiya sahəsində ciddi uğurlar əldə etmiş qurumlar(şəxslər) arasından(dövlət, özəl və ictimai sektor təmsilçiləri ola bilər) seçiləcək.
“İlin rəqəmsal siması” aşağıdakı meyarlar əsasında müəyyən olunacaq:
- rəqəmsal transformasiyaya verdiyi töhfələr
- elektron və mobil xidmətlər, interatkivlik sahəsində əldə etdiyi uğurlar
- qurumlararası inteqrasiyaya və fəaliyyətə verdiyi töhfələr
- rəqəmsal sektorda tənzimləməyə verdiyi töhfələr və s.
"İlin rəqəmsal siması" Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən ekspertlərlə məsləhətləşmələr əsasında müəyyən olunacaq.
Hər bir iddiaçı MilliNet.az da qeydiyyatdan keçərək öz namizədliyini və digər bir şəxsin namizədliyini irəli sürə bilər .
Osman Gunduz
Teref.az