Çin Ermənistanda zavodlar tikəcək? - Auditorlar Palatasının sədri "qeyri-realdır" deyir

20-10-2023, 11:22           
Çin Ermənistanda zavodlar tikəcək? -
Ermənistanda iqtisadi problemlər sənayenin geriləməsi ilə daha da artıb. Yerli media yazır ki, xarici investorlar ölkədə perpektiv görmədiyi üçün Ermənistana yatırımlar yönəltməkdə maraqlı deyillər.
Gələn təkliflər isə real görünmür. Məsələn, bir neçə gün öncə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, nazir Vaan Kerobyanla Çzyansu əyalətinin bəzi şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb. Danışıqlar zamanı Çin tərəfi Ermənistanda sement zavodunun açılması və traktor istehsalı üçün xüsusi sexin yaradılması təklifini səsləndiriblər.
Amma yerli ekspertlər bütün bunların imitasiya xarakterli addımlar olduğunu düşünürlər. Sputnik Ermənistan-a müsahibə verən Auditorlar Palatasının sədri, iqtisadçı ekspert Nairi Sarkisyan deyib ki, ölkədə Çin sement zavodunun açılması layihəsi iqtisadi cəhətdən mümkünsüz görünür.

Sarkisyanın skeptisizmi isə onunla bağlıdır ki, indiki hökumət keçmişdə hər hansı bu kimi ciddi razılaşma əldə etməyib.

"Əgər biz ötən illərin təcrübəsinə əsaslansaq, Kerobyanın təkliflər və danışıqları əsasında indiki hökumətin həyata keçirmiş hər hansı zavodu və ya iri investisiya layihəsini xatırlamaq çətindir. Mən belə bir zavod tanımıram", - ekspert qeyd edib.

Ekspertin sözlərinə görə, İrəvanın hazırkı çabaları mənasızdır: "Əlbəttə, güman etmək olar ki, Çin eyni məhsulu daha aşağı qiymətə əldə etməyə imkan verən texnologiya hazırlayıb. Lakin böyük əminliklə deyə bilərik ki, erməni tərəfi mümkün mümkün satış bazarlarını və rəqabəti təhlil etmədən çinlilərə sadəcə layihə təklif edib".

Çin tərəfinə gəlincə, Pekinin diplomatik ənənələrinə görə onlarda birbaşa imtina olmur.

"Sadə dillə desək, çinlilər heç vaxt “yox” demirlər, daha yumşaq ifadələrə üstünlük verirlər. Adətən, onlar “müzakirə etməyi, nəzərdən keçirməyi” təklif edirlər ki, nəticədə çinlilərə sərfəli şərtlər təklif olunması ehtimalı artır",- Sarkisyan deyib.

O, həmçinin regionda güclü sement ixracatçısı olan İran faktoruna və Moskva-Pekin münasibətlərinin Ermənistan-Çin əlaqələrindən qat-qat ahəngdar olması səbəbindən İrəvandan Rusiyaya məhsul ixracının azalacağı ehtimalına da diqqət çəkib. Bu baxımdan hansısa nəhəng sement zavodunun birbaşa Rusiya Federasiyasında açılması daha məqsədəuyğun görünür.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.