Sentyabrdakı kiberhücum casusluq cəhdi idi – BMC

21-10-2023, 00:09           
Sentyabrdakı kiberhücum casusluq cəhdi idi – BMC
Cümə günü Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında məruz qaldığı kiberhücumun bütün dünyada müharibə cinayətlərini araşdırmaq mandatına zərbə vurmaq məqsədi daşıyan casusluq cəhdi olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir .

BMC hücumun arxasında kimin olduğunu təsdiq edə bilməyəcəyini və təcavüzkarların sentyabr hücumunda həssas məlumatları oğurlaya bilib-bilmədiyini açıq şəkildə şərh etmədiyini söyləyir.

"Bu günə qədər mövcud olan dəlillər casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Buna görə də hücum Məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi şərh edilə bilər", - bəyanatda deyilir.
Eyni zamanda, BMC məlumat sızması təsdiqlənərsə, oğurlanmış məlumatlardan birbaşa təsirlənənlərə məlumat verəcəyini vəd edib.

Qurum həmçinin bildirir ki, son vaxtlar informasiya sistemlərinə "gündəlik” hücum cəhdləri ilə üzləşib. Bu, BMC və onun əməkdaşlarının dezinformasiya kampaniyalarının hədəfi ola biləcəyini göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru