Müalicə olunmamış zökəmin qorxunc fəsadları

25-10-2023, 14:57           
Müalicə olunmamış zökəmin qorxunc fəsadları
“Zökəmin yanlış müalicəsi və ya ona məhəl qoymamaq ciddi xəstəliklərin inkişafına səbəb ola bilər”.

Bunu rusiyalı otorinolarinqoloq, cərrah Aleksey Litvinov deyib.

O, sonadək müalicə olunmayan zökəmin sinüsitə, hətta haymoritə keçə biləcəyini vurğulayıb. Həmçinin iltihab digər burunətrafı ciblərə da keçərək rinosinüsitə səbəb ola bilər. Bu xəstəlik burun tutulması, irinli ifrazat və güclü baş ağrısı ilə xarakterizə olunur.

Otorinolarinqoloq xəbərdarlıq edib ki, bu vəziyyətdə xəstəliyə məhəl qoymasanız və dərhal onunla məşğul olmağa başlamasanız, bu, hətta kəllədaxili rinogen ağırlaşmalara qədər gətirib çıxara bilər.
“Bu, inkişaf mexanizmi iltihab yaradan bakteriyaların ilkin infeksiya ocağından beyin qişalarına nüfuz etməsinə əsaslanan bütöv bir xəstəlik qrupudur. Bu, qan sepsisi, görmə sinirinin və gözün qişalarının iltihabı, osteomiyelit, beyinin absesi, meningitə gətirib çıxarır”, - deyə Litvinov bildirib.

Sonda o xatırladıb ki, haymorit zamanı insanda tromboz - beyin ciblərinin ölümlə nəticələnən tıxanması inkişaf edə bilər. Bu baxımdan, vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

Mənbə: osnmedia.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru