“UŞAQLARINIZ BU QİDALARI YEMİRSƏ, HƏKİMƏ MÜRACİƏT EDİN” – PEDİATR

25-10-2023, 15:34           
“UŞAQLARINIZ BU QİDALARI YEMİRSƏ, HƏKİMƏ MÜRACİƏT EDİN” – PEDİATR
Uşağının qidalanmasından şikayətçi olan valideyn kifayət qədərdi. İndiki uşaqlar dönərə, çipsilərə, kolbasa-sosis məmulatlarına çox meyillidi. Duru yemək (suplar) yeyən uşaqlar çox azdır. Qida rejimini tənzimləmək lazımdır! Dönər əvəzinə uşağınızın çantasına adi pendirdən buterbrod qoyun.

Tribunainfo.az yazır ki, bu barədə danışan həkim-pediatr Vaqif Qarayev bildirib ki, uşaqlara ən az gündə bir dəfə duru yemək vermək vacibdir:

“Şirniyyatı kəskin azaldın, rəngli və qazlı içkilər verməyin, evə heç nəyə yaramayan kolbasa-sosis məmulatı almayın, ən azından günaşırı ət yeməkləri hazırlayın. Uşaqlarınızın gündəlik menyusunda mütləq meyvə olsun.
“Mənim uşağım bu dediklərinizin heç birini yemir” deyirsinizsə, həkimə müraciət edin, müayinə olunsun. Heç bir tibbi səbəb tapılmayacaqsa, məsuliyyət qalır valideynin boynunda. Yaşına uyğun gündəlik menyunu vaxtında tərtib etsəniz heç bir problem olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru