Rusiyada arıqlamağa kömək edən şərab icad edildi

14-11-2023, 12:38           
Rusiyada arıqlamağa kömək edən şərab icad edildi
Rusiyada arıqlamağa kömək edən şərab icad edilib.

Unikal içkinin istehsalı üçün Rusiya Biotexnoloji Universitetinin alimləri hazır şərab materialını əsas olaraq götürüblər. Şərabın “Eurotium cristatum” göbələyi ilə fermentasiya olunması və bioloji əlavələrlə zənginləşdirilməsi sayəsində içki əlavə faydalı xüsusiyyətlər qazanıb.

Bu şərabın diabetə meylli insanlarda mədəaltı vəzinin vəziyyətini yaxşılaşdırdığı bildirilib. Şərabın həmçinin immuniteti gücləndirdiyi və ən əsası, artıq çəkisi olan insanlara arıqlamağa kömək etdiyi qeyd olunub.

Belə ki, içkidə istifadə edilən göbələk metabolik proseslərə təsir gücü sayəsində orqanizmdə yağların yandırılmasını sürətləndirir.
Üstəlik, bu şərabın adi şərabdan demək olar ki, heç bir fərqi yoxdur, öz kəskinliyini, ətrini və dadını saxlayıb.

Mənbə: KP.ru “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru