"Nadir Şah gədəbəylidir" - BDU-nun professoru

17-11-2023, 17:24           
"Nadir Şah gədəbəylidir" - BDU-nun professoru
"Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov AMEA-da keçirilən müzakirələr zamanı deyib.

O, bu fikrini kitablardan birinə istinad etdiyini söyləyib. Professor həmçinin vurğulayıb k, Gədəbəydə Nadir Şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur.

Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir şahın anası ayrım tayfasından olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru