Teodor Ruzveltin nəvəsi Kim Rüzveltin taleyi...
19-11-2023, 12:03

1916-cı il, ABŞ-ın keçmiş prezidenti Teodor Ruzvelt öz nəvələri ilə. Qucağındakı nəvəsinin adı Kermitdir.
Ailədə Kim deyilən Kermit Buenos-Ayresdə anadan olub, həmin vaxt atası orada işləyirdi. Amerikanın say-seçmə özəl məktəblərindən biri olan Qrotonda təhsil aldı. Harvard universitetini bitirəndən sonra Kaliforniya Texnologiya İnstitutunda tarixdən dərs dedi.
Kermit İkinci dünya müharibəsi illərində Strateji Xidmətlər İdarəsində (OSS) işləməyə başladı. 1947-ci ildə OCC əsasında Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) yaradıldı.
CİA-da Kim Ruzveltin ilk ciddi işi “FF layihəsi” olur. Misirdə hökm sürən qeyri-sabitlikdən narahat olan ABŞ ölkədə bir gün kommunist çevrilişinin baş verəcəyindən qorxurdu və buna görə kral Faruqdan siyasi islahatlar keçirməyi tələb edirdi. FF layihəsi də bununla bağlı hazırlanmışdı. Amma Faruq islahatlara getmədi.
Bundan sonra Ruzveltin “Azad zabitlər” təşkilatının üzvləri ilə əlaqə saxladığı və onları çevrilişə həvəsləndirdiyi deyilir. Çevriliş uğurlu oldu, hərçənd az sonra hakimiyyəti əlində cəmləyən Camal Əbdül Nasir də sovetyönümlü siyasət yürütməyə başladı və ABŞ-a xeyli başağrısı yaratdı. Məsələn, Altıgünlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Nasir guya Amerikanın İsrailə kömək etməsi yalanının müəllifi oldu və məhz bu yalan ərəb dünyasında indiyə qədər davam edən kəskin antiamerikanizm üçün əsas oldu.
Kermit 1953-cü ildə İrana göndərildi və burada “Ayaks” əməliyyatının əlaqələndiricisi oldu. Baş nazir Müsəddiq əleyhinə müxtəlif qüvvələri birləşdirməyi bacaran Ruzvelt Müsəddiqin devrilməsinə və əslində idarəçilikdən uzaqlaşdırılmış Məhəmməd Rza şahın hakimiyyətinin bərpasına nail oldu.
1958-ci ildə CİA-dan istefaya çıxan Kermit Ruzvelt neft və silah şirkətlərində işlədi. 2000-ci ildə 84 yaşında vəfat etdi.
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.