Moskvadan Bakıya gəlib arvadının telefonunda gördüklərindən ŞOK oldu - Qətlin təfərrüatı - FOTO

20-11-2023, 16:32           
Moskvadan Bakıya gəlib arvadının telefonunda gördüklərindən ŞOK oldu - Qətlin təfərrüatı - FOTO
Xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Müseyibovun (adlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Ölkə.Az" xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Rusiyada işləyən Müseyibov hadisədən bir gün əvvəl Azərbaycandan mesaj alıb. Bu məlumatdan dərhal sonra o, Bakıya gəlib. 22 il əvvəl ailə həyatı qurduğu və 3 uşaq anası olan həyat yoldaşını qətlə yetirib.

2022-ci ilin noyabrın 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 38 yaşlı Sevinc Müseyibova qətlə yetirilib. Məlumatla əlaqədar dərhal prokurorluq və polis əməkdaşları hadisə yerinə gəlib.

Qətli törətməkdə şübhəli bilinən məhrumun həyat yoldaşı 44 yaşlı Vidadi Müseyibov polisə könüllü təslim olub.

İstintaqla müəyyən edilib ki, Vidadi Müseyibov Moskva şəhərində olduğu müddətdə arvadı Sevinc Müseyibova onun telefon zənglərinə tez-tez cavab verməyib. Aktiv şəkildə sosial şəbəkədən istifadə edib. Bununla belə 2022-ci ilin noyabrın 10-da Vidadi Müseyibovun ailə üzvlərindən biri Sevinc Müseyibovanın əvvəllər iş yoldaşı olmuş Rövşən Məmmədovla telefon əlaqələrinin olması barədə məlumat verib. Onların danışığının səs yazısını da ona göndərib. Bütün bunlardan sonra Vidadi Müseyibov 22 il əvvəl ailə həyatı qurduğu və 3 uşaq anası olan arvadının ona xəyanət etməsindən şübhələnib.

Baş verənləri aydınlaşdırmaq üçün noyabrın 11-də təyyarə ilə Bakıya gəlib. Savalan qəsəbəsində yerləşən kafedə spirtli içki qəbul edib və həyat yoldaşının işdən evə qayıtmasını gözləyib.

Axşam saat 9 radələrində sərxoş vəziyyətdə evə gələrək arvadından kiminlə münasibətlə olduğunu soruşub. "Sms" yazışmalarına baxması üçün mobil telefonunu ona verməsini tələb edib. Arvadı əlində saxladığı telefonu ona verməkdən imtina etdikdə sağ əli ilə qadının üzünə yumruqla zərbə vurub və telefonu zorla əlindən alıb. O, arvadının Rövşən Məmmədovla "whatsapp" yazışmalarını görüb. Xəyanətinə əmin olaraq qısqanclıq zəmnində onu öldürmək qərarına gəlib. Bıçaqla əvvəlcə evin dəhlizində sonra isə arxasınca qaçıb həyət qapısının qarşısında ona çoxsaylı zərbələr vuraraq arvadını öldürüb.

İş üzrə dindirilmiş Vidadi Müseyibov bildirib ki, hadisədən təxminən 9 ay əvvəl tikinti sahəsində işləyib pul qazanmaq üçün Moskva şəhərinə gedib. Hər gün həyat yoldaşı və uşaqları ilə telefonla əlaqə saxlayıb. Pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərib.

Təxminən son 2-3 ay ərzində arvadının ona qarşı münasibətinin soyuduğunu hiss edib. Həyat yoldaşı axır vaxtlar onun zənglərinə cavab verməyib. Bəzən isə görüntülü danışan zaman görüntünü bağlayırdı. Noyabrın 10-da aldığı mesajdan sonra Bakıya gəlib və hadisəni törədib.
İstintaq Vidadi Müseyibovun əməlini CM-nin 120.2.4 ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında o, ittiham ürə özünü qismən təqsirli bilib. Zərərçəkən və şahid ifadələri dinlənilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Sübutlar araşdırılandan sonra məhkəmə istintaqı tamamlanıb.

Məhkəmə hesab edib ki, Vidadi Müseyibovun əməli CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə)maddəsindən, 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir.

Sonda məhkəmənin hökmü ilə 44 yaşlı Vidadi Müseyibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.