Dünyanın sonuna çox az qalıb!
25-11-2023, 16:29

(Dünya yenə bizdən azı 200 il öndədir. Əlimizdə telefon, önümüzdə bilgisayar olmasına baxmayaraq biz hələ də hansısa yazıçını müzakirə edirik. Zamanınız olsa oxuyun!)
Bəlkə də çoxlarınız bütün dünyanın müzakirə etdiyi, dünya birjalarında şok effekti yaradan mövzuya o qədər diqqət etmədiniz.
Söhbət dünyanın ən böyük süni intellekt şirkətlərindən biri olan OpenAI'ın işçilərinin 95 faizinin, işdən uzaqlaşdırılan CEO Sam Altmanın yenidən işə qaytarılması tələbi irəli sürməsindən gedirdi.
Şirkətin 770 işçisindən 743-ü Sam Altmanın işə geri qaytarılmayacağı təqdirdə istefa edəcəklərini bildirdilər.
Dünyanın ən böyük süni intellekt proqramı olan ChatGPT-ni formalaşdıran işçilər Sam Altmanın istefasını istəyənlərin görəvdən alınmasını istəyirdi.
Elə əsas məqam da burada ortaya çıxır. Sam Altmanı niyə işdən çıxarmaq istəyirdilər?
Dünyanın gizli servisləri tərəfindən idarə edilən OpenAl hansı uğuru qazanmışdı?

İndi gəlin bir məqama diqqət edək: Keçən həftənin sonunda OpenAI-nin direktorlar şurası gözlənilmədən şirkətin baş direktoru Sem Altmanın işdən çıxarıldığını elan etdi. Həmtəsisçi Greg Brockman şirkəti onunla birlikdə tərk etdi. Daha sonra Microsoft-un CEO-su Satya Nadella, Altman və Brockmanın işə götürüldüyünü elan edərək, onların işlərində proqram nəhənginin hesablama gücündən istifadə edə biləcək süni intellekt sahəsində qabaqcıl tədqiqat qrupuna rəhbərlik edəcəklərini bildirdi.
İndi isə gələk dünya üçün vacib olan, həttta atom silahından da təhlükəlli olan məqama. OpenAL proqram nəhəngini generativ neyron şəbəkələri sahəsində liderlik edir.
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi modeldir.
Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramıdır. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramları icra edir.
(Fotoya diqqət) Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur.
Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur. Neyron şəbəkələrin təlimi heyvanların təliminə bənzəyir. Şablonlar girişə tətbiq olunur və arzu olunan nəticəni almaq üçün sadə alqoritm birləşmələrin çəkisini tənzimləyir. Bir sıra fərqli şablonlardan istifadə etməklə çoxlu təlimlər apardıqdan sonra, neyron şəbəkəsi müəyyən növ şablonları tanımağı “öyrənir”. Proqramçı hətta bu şablonları dəqiq bilməyə bilər, çünki şablonları neyron şəbəkəsinin özü təhlil edir. Neyron şəbəkələrinin müxtəlif sinifləri mövcuddur: çoxqatlı perseptronlar, radial, rekurrent və assosiativ şəbəkələr, özütəşkilatlanan və bulanıq neyron şəbəkələri və s. Neyron şəbəkələrinin köməyilə obrazların tanınması, təsnif etmə, proqnozlaşdırma və başqa məsələlər həll edilir.
Süni neyron şəbəkələr əsasında işləyən proqramlar təmamilə insanları əvəz edir. Şəkil çəkməkdən başlayaraq, avtomobil idarəetməyə, savaşları başlatmağa səbəb olan hakerlik fəaliyyəti göstərməyə, insan olmadan fabriklərdə, zavodlarda bütün elektron sistemləri idarə etmək üçün sərbəst qərarlar verməyə qadir olan proqramlardır.
Misal üçün, təsəvvür edin ki, bir usta avtomobili boyamaq üçün cihazlara seçim komandası verir. Usta rənglərin seçilməsi, qüsurların aradan qaldırılması haqda düşünür qərar verir və cihaza komanda verir. Bundan sonra o insanlara gərək qalmadan qərarları süni intellekt proqramı icra edəcək. Hətta insan beynində mövcud olan informasiya və vərdişlərdən də üstün bir düşünmə və qərar vermə.
- Autodraw – Google tərəfindən tətbiq olunan rəsm alətidir. İnsanın əvəzindən bütün rəsm işlərini görə bilir.
- Fontmap – süni intellekt ilə hazırlanmış interaktiv şrift xəritəsidir. Yəni sizin əvəzinizdən topoqrafik xəritə hazırlayır, bütün informasiyaları da özündə saxlayır.
Nəhayət!
Sam Altman və OpenAl şirkəti süni intellekt sahəsində elə bir labarator uğur qazanıblar ki, şirkətin rəhbərləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxfi bir məktub ünvanlayıblar. Məktubda bu tədqiqatların dərhal dayandırılması, əks halda yaxın gələcəkdə dünya əhalisi üçün böyük təhdid yaranacağı qeyd edilib. Məktub haqqında ilkin informasiyalar elə ilk gündən qarşısı alınaqla silinməyə başladı.
Dünya yeni bir dövrə qədəm qoyur. İnsanlar texnologiyaların arxasınca gedir. Onları inkişaf etdirir. Və bəşəriyyət üçün idarəedənlər və istədikləri vaxt onu dağıda bilənlər yaradılır.
Ən təhlükəlisi odur ki, süni intellekt özü özünü yarada biləcək. O zaman artıq insana ehtiyac qalmayacaq.
Razi Abasbəyli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı