Dirisi də, ölüsü də Azərbaycana ziyan verən qatil: Goru çatlamış Monte Melkonyan
25-11-2023, 19:15

Uzun müddət "çər dəymiş" başı Azərbaycan ictimaiyyətini 2 yerə bölmüş terrorçu, qatil, türkə nifrəti ilə seçilən Monte Melkonyanın doğum günüdür.
Əvvəlcə onun haqqında geniş məlumat verim, sonra "baş" məsələsinə dönəcəyəm.
Məlumata görə Monte 1957-ci il noyabrın 25-də Türkiyədən köçüb ABŞ-ın Kaliforniya ştatının Visaliya şəhərində məskunlaşan erməni ailəsində anadan olub . 1969-1970-ci illərdə o, ailəsi ilə birlikdə Avropa və Yaxın Şərqin 41 ölkəsinə səyahət edib, əslən Hindistandan olan ulu babalarının sığındığı türk torpaqlarının- xəstə xislətləri ilə adını "Qərbi Ermənistan" qoyduqları Türkiyə ərazilərini dəfələrlə gedib gəzmiş elə burda son nəfəsinə qədər türklərə qarşı döyüşəcəyinə and içmişdir. Erməni müəlliflərinin yazdığı kimi, bu yaşda o, ilk dəfə erməniliyini dərk etdi.

1972-ci ilin yayında on beş yaşlı Monte Melkonyan orta məktəbi bitirdi. Yeni orta məktəb tədris ili başlamazdan əvvəl məktəb direktoru Devid Qraymsın təklifi ilə ölkənin ən nüfuzlu məktəbi olan “Tokyo Kamata Liseyi”ndə təhsilini davam etdirmək üçün Yaponiyaya yola düşür. Monteni Yaponiyaya göndərmək qərarı təsadüfən verilməyib. O, uzun müddət karate üzrə ən yaxşı idmançı idi və Kaliforniya ştatının 14 yaşadək gənclər arasında çempion olmuşdu, yapon dili dərsləri də daxil olmaqla Yapon mədəniyyətini öyrənib.

İlyarımda Yaponiyanın Osaka şəhərində məktəbi bitirdikdən sonra buddist rahibdən təhsil almaq üçün Cənubi Koreyaya gedib. Sonra Vyetnama gedir, müharibə əməliyyatlarının şahidi olur. Yapon dilini və karate döyüş sənətini tam mənimsəyərək Amerikaya qayıdır.Amma bütün bunlar qatil xislətli caninin dünyagörüşünü dəyişdirməyib , "türkə nifrət" prinsipini sağaltmayıb

20 yaşında Berkli Kaliforniya Universitetini arxelogiya bölümünə daxil olur. Geniş bacarığına görə, dörd illik kursu ik ilə bitirərək “Arxeologiya və Asiya tarixi üzrə mütəxəssis” sertifikatları alır. Universitetdə oxuyarkən artıq içində dərindən kök salmış "türkə nifrəti" "əməli işi "ilə ortaya qoymalı olur. “Erməni Tələbə Birliyi” qrupunu yaradır, saxta erməni soyqırımına həsr olunmuş sərgi təşkil edir.
Montenin diplom işi 1978-ci ildə müdafiə etdiyi Van Krallığının qayaüstü qəbirlərinin tədqiqinə həsr olunur . Sizcə, ermənipərəstlər içərisində bir erməni başqa bir mövzu seçərmi? Xeyir.

Haşiyə çıxım: Van krallığı və yaxud Urartu dövləti e.ə. IX –VI əsrlərdə mövcud olmuş, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Özlərinə aid olmayanı mənimsəmək cəhdlərindən əl çəkməyən ermənilərin uydurma yollarla sahib çıxmağa və erməniləşdirməyə çalışdıqları növbəti dövlətdir Urartu. Qeyd olunan dövlətin ermənilərlə heç bir əlaqəsi olmayıb.
1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edir. Həmin ilin noyabrında Fransa polisi onu həbs eedir, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törədir və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya edir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlayır.
1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil edir. Nəticədə 8 nəfər(8 nəfərdən cəmi 2-si türk idi.) həlak olur, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunur və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılır və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilir.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olur. Şaumyan (Goranboy) rayonu, Manaşid, Erkeç, Buzluq kəndləri uğrunda döyuşlərdə, bu dəstənin aktiv üzvü kimi fəaliyyətə başlayır. Xocalı qatili Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi.

(2016-cı il 30 noyabr - "Sözcü” qəzetinin yazarı Saygı Öztürkün yazısındansonra hərəkətə keçən Tunceli valiliyi üzərində ASALA terrorçularının da adı olan bu abidənin sökülməsinə qərar verib)
Markar Melkonyan qardaşı Montenin "qəhrəmanlıqlarına" həsr etdiyi “Qardaşımın döyüş yolu” kitabında Avo adını almış bu terrorçunun dəstəsinin əməllərindən yazır:"1990-cı ilin noyabrında Keçəl (Arabonun döyüşçüsü) sərhədin o tayındakı kənddən Azərbaycan xalq cəbhəsinin gənc fəalını oğurlayır. Gənc azərbaycanlı Səid Yerevan yaxınlığındakı bir bağ evində divara zəncirlənmiş vəziyyətdə bir ay qaldı. İlin sonunda Keçəl bir neçə yoldaşı və yerli polis zabiti ilə birgə Səidi Yeraplura yüksəkliyində yerləşən qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası olan Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti ilə əvəz olundu. Sonda Ardaq bıçağı Səidin sinəsinə vuraraq buna son qoydu, onlar Səidin qanının dostlarının məzarına axıtdıqdan sonra ordan getdilər."

(Bu abidə isə Gürcüstanın Cavaxetiya əyalətində ucaldılıb)
Melkonyanın əxlaqsız həyat tərzi, homoseksual olması, onun bir zamanlar "sevgi” macərası yaşamış kişilərin sosial mediada və sosial şəbəkələrdə etirafları Ermənistanın "milli qəhrəmanı” ilə bağlı yeni-yeni faktların ortaya çıxmasına rəvac verir. Məlumatlarda bildirilir:” Melkonyanın ilk sevgilisi ona "Abu Sindi” ləqəbini vermiş Livan ermənisi olub. Həmin ölkədəki vətəndaş müharibəsində iştirak etmiş Monte o illərində gecələr homoseksual həyat tərzi keçirir, gündüzlər isə "kişi”ləşərək döyüşürmüş. Onun Livandakı sevgilisinin kimliyi açıqlanmasa da, bu "eşq macərası”nın livanlı batalyon komandirininin öldürüldüyü günə qədər davam etdiyi bildirilir.
Beləcə, 1991-ci ildə Monte Dağlıq Qarabağa gələrək burda döyüşür. Və ... köməkçisi ilə yeni sevgi macərasına başlayır...Bu faktı isə hazırda Fransada yaşayan erməni veteranı Ruben Siropyan söyləyib. O, Monte Melkonyanın kişi sevgilisinin Seyran Arutunyan olduğunu təsdiqləyib.
"Qəhrəman komandir" nüfuzdan düşməmək üçün təcili evlənmək qərarına gəlir. O, Seda Qpranyanla 3 avqust 1991-ci ildə evləndilər, toy mərasimi Ermənistanda, Gegard monastırında oldu . Montenin ölümündən bir müddət sonra Montenin valideynlərinin təkidi ilə Seda evlənir. İkinci əri Montenin uşaqlıq dostu, irland-alman əsilli Coel Kindendir. İkinci evliliyindən sonra Seda Seda Qpranyan-Melkonian-Kendyn soyadını daşıyır. Joel və Sedanın oğlu Monte-Saro adını daşıyır.

İndi də gələk, "Montenin kəsilən başı" məsələsinə!
Düz 2 gündür bütün erməni mənbələrini araşdırıram. Orada bu qatilin ölümü ilə bağlı "Muğanlı kəndində öldürülüb" deyə bir cümləyə rast gəlmədim. Ermənistanın rəsmi məlumatına görə, Monte 1993-cü il iyunun 12-də döyüş yoldaşları ilə birlikdə kəşfiyyat məqsədilə Ağdam rayonunun Mərzili kəndinə səfər edərkən azərbaycanlı zirehli maşının atəşə tutulması nəticəsində həlak olub.
Məsələyə Musavat.com saytında aydınlıq gətirən polkovnik Xətai Baxışov bildirir:"Bütün məsuliyyəti ilə bildirirəm ki, İbad Hüseynovun Monte Melkonyanı məhz onun öldürməsi haqqında versiyası yalandır və saxtakarlıqlar əsasında qurulub. Həm də bu yalan daim “təkmilləşdirilir”. Amma gəlin ardıcıllıqla gedək.

Bir neçə il əvvəl İbad Hüseynov (həmin vaxt özünü Vüqar Həsənov adlandırırdı) iddia edirdi ki, Melkonyanı təsadüfən Xocavənd rayonunun Muğanlı kəndində erməni qərargahının yaxınlığında görüb və onun başını kəsib. Bu zaman o, qətlə yetirdiyi şəxsin kim olduğunu bilmirdi, bunu yalnız 12 iyun 1993-cü ildə Moskvadan “Vremya” verilişində yoldaşları ilə birlikdə Melkonyanın Qarabağda qətlə yetirildiyini eşitdikdə başa düşüb. Və həlak olan şəxsin şəkli göstərildikdə İbad və yoldaşları kimin başını kəsdiklərini anlayıblar. “525-ci qəzet”in 23 iyul 2005-ci il sayında məhz bu versiya təqdim edilib.
Lakin bir neçə il sonra İbad Hüseynov haqqında film çəkilib. Bu filmdə tamamilə başqa versiya irəli sürülüb. Burada deyilir ki, ermənilərin Avo adlı komandiri olması haqda kəşfiyyat məlumatı var idi və İbadın qrupunu xüsusi olaraq onu aradan qaldırmaq üçün göndəriblər. Avonu görən İbad və silahdaşları onu tanıyıblar və hücuma keçməyi qərara alıblar, deyə filmdə bildirilir.
Bundan başqa filmdə 2005-ci ildə olmayan yeni personajlar ortaya çıxır. Bu, guya fəaliyyəti təshih edən, kəşfiyyat məlumatları alan və döyüş əməliyyatları aparan hissə komandiri, habelə guya bu əməliyyatları təshih edən MTN əməkdaşı idi.

(Avo qədər lənətli digər terrorçular)
Hərbçi olaraq qeyd etmək istərdim ki, sözügedən döyüş əməliyyatları zonası müntəzəm hissələrin nəzarəti altında idi və bu, bizim briqadamız idi. Heç kim bizimlə razılaşdırmadan hər hansı əməliyyat həyata keçirə bilməzdi və filmdə bəhs edilən əməliyyat əslində olmayıb.
Bu zonada həmçinin yerli özünümüdafiə dəstəsi fəaliyyət göstərirdi. Bu dəstə 1993-cü ilin avqustunda hərbi hissəyə göndərildi. Lakin filmdə bu bölmənin komandiri 1993-cü ilin iyun ayından danışır!"
Bundan başqa bu zonada ayrıca kəşfiyyat rotasına rəhbərlik edən Tofiq Cəfərov (Rafiq) təsdiq edir ki, 1992-93-cü illərdə İbad Hüseynov və ya başqa kimsə hələ Avonun aradan qaldırılması üzrə tapşırıq almırdı və əməliyyat həyata keçirmirdi".
"Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv edilməsini təsdiqləyən materiallar vaxtilə toplanaraq sistemləşdirilib. Əminəm ki, bu faktı təsdiqləyən sənədlər indiyə kimi Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindədir" Bu firirləri də Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən, müharibə illərində ordunun 708-ci briqadasının komandiri olan Talib Məmmədov deyib.

Bəli, ermənilər Melkonyanın öldüyünü dərhal açıqlamayıblar və onu ayın 19-da dəfn etdilər. Həm də də minlərlə erməninin onlarla kameranın gözü qarşısında. Diqqət etmisinizsə, Montenin alnında sarğı var. 708 əsgərlərinin "dəldiyi" yer sarğı ilə örtülüb.
Nəhayət bir nüans:Monte Melkonyanın Dağlıq Qarabağla bağlı belə bir fikri vardı: “Əgər Qarabağı itirsək, erməni tarixinin sonuncu vərəqini qapatmış olacağıq”. O deyirdi ki, əgər Azərbaycan erməniləri Qarabağdan vurub çıxartsa, onlar daha sonra Zəngəzurda və Ermənistanın digər regionlarında üstünlük əldə edəcəklər. Ermənistanın uzun müddətli əmin-amanlığı həlledici şəkildə Qarabağın taleyindən asılıdır".
İnşallah, o günləri də görərik!
Sonda bir daha Azərbaycan Ordusuna və Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Böyük qürur hissi ilə düşmənin özünün məhv olmuş, arzularının isə gömülmüş günündən yazıram!
Əntiqə Rəşid