Azərbaycanlılar Avropaya vizasız gedə biləcəkmi? - XİN SON DANIŞIQLARI AÇIQLADI
28-11-2023, 08:54
Azərbaycanın Aİ ilə viza sadələşdirməsi niyə ləngiyir?
Gununsesi.info xəbər verir ki, noyabrın 23-də Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, iclasda vətəndaşların Aİ-yə üzv ölkələrin diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb.
Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 2014-cü ildən qüvvəyə minib. Lakin Ermənistanla Gürcüstan bu işdə bir xeyli irəli getsələr də Azərbaycanda bu proses bir qədər ləng gedir.
Aİ ilə viza rejiminin sadələşdirilməsi niyə ləngiyir?