Bacısı qızını dəfələrlə zorlamış dayı həbs edildi

29-11-2023, 19:08           
Bacısı qızını dəfələrlə zorlamış dayı həbs edildi
Şəmkir rayonunda 2022-ci il ərzində dəfələrlə bacısı qızı, 1999-cu il təvəllüdlü S.Rəhmanovaya (şərti) qarşı seksual zorakılıq etmiş 1982-ci il təvəllüdlü Kamil Keytiyev həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər rayonu Zəylik kndində qeydiyyatda olsa da, Şəmkirdə yaşayan şəxsin bacısı qızını dəfələrlə zorlaması, onu hamilə qoyması və abort etdirməsi müəyyən edilib.

Belə ki, S.Rəhmanovanın həyat yoldaşı 2022-ci ildə Rusiyaya getdikdən sonra Kamil Keytiyev ona qarşı çirkin əməllərini həyata keçirib.

O, bacısı qızı evdə tək olduqda, həmçinin avtomobilində olduğu zaman bir neçə dəfə zorla cinsi əlaqədə olub. Bu barədə Şəmkirdə yaşadıqları X kəndində söz-söhbət yayıldıqdan sonra S.Rəhmanova Bakıya qaçıb və paytaxtda dayısının əməlləri barədə polisə müraciət edib.

Bundan sonra Kamil Keytiyev barəsində zorlama maddəsi ilə cinayət işi açılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə K.Keytiyev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.