Komitə sədri erkən nikahlara görə axundları - Günahlandırdı

29-11-2023, 19:54           
Komitə sədri erkən nikahlara görə axundları -
“Bir dəfə eşitməmişəm ki, hansısa axunda təzyiq olunsun”.

Bu fikirləri Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

Komitə sədri vurğulayıb ki, erkən nikahların əksəriyyətində axundların rolu ilə kəbin kəsilir, ailələr qurulur.

“Təəssüf ki, selektiv abort bizim ölkə üçün problemdir. Bu, dəhşətdir. İslamda da bu, günahdır. Necə oldu ki, bizim insanlarımız, özlərini müsəlman adlandıran insanlarımız buna yol verirlər? Gah qadını günahlandırır, gah qadınla boşanır, amma qanmır ki, tibbi cəhətdən məsələ özündən asılıdır. Mən çox ağrıyıram ki, bizim ölkə Çini də keçib”, - H.Hüseynova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru