Həkim uzun sürən öskürəkdən qurtulmağın yollarını açıqlayıb

4-12-2023, 15:14           
Həkim uzun sürən öskürəkdən qurtulmağın yollarını açıqlayıb
Həkimin təyin etdiyi müalicəyə riayət etmək, həmçinin bol ilıq içkilər içməklə bəlğəm ifrazını stimullaşdırmaq vacibdir.

Bunu Rusiya Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya və İnfeksion Xəstəliklər üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin pulmonoloqu Yevgeni Popov uzun sürən öskürəkdən qurtulmağın yollarından danışarkən bildirib.

Bundan əlavə, ekspert xüsusilə xüsusilə qızdırıcılardan istifadə edilən dövrdə otaqda havanı nəmləndirməyi məsləhət görüb. Popov həmçinin xəbərdarlıq edib ki, quru hava insan sağlam olsa belə, tənəffüs yollarının selikli qişalarını qurudur.
Bundan başqa, mütəxəssis xəstəliyin müalicəsində öskürək reseptorlarını bloklayan mərkəzi və ya periferik sistemlərə təsir göstərən dərmanların istifadə edildiyini də qeyd etdi. Popov həmçinin vurğuladı ki, yaş öskürək üçün bəlğəmi maye halına gətirən dərmanlar qəbul etmək lazımdır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru