Kosmosda süzən “bədheybət” alimləri təəccübləndirdi - FOTO

6-12-2023, 16:15           
Kosmosda süzən “bədheybət” alimləri təəccübləndirdi - FOTO
“Ceyms Uebb” kosmik teleskopu kosmosun dərinliklərində “əsl bədheybət görünüşlü” qalaktika kəşf edib. Burada hər il yüzlərlə ulduzun doğulduğu müəyyən edilib.

Bildirilir ki, bu barədə Ostindəki Texas Universitetinin (ABŞ) astronomları bildiriblər.

Onların sözlərinə görə, teleskop məlumatlarında qorxunc qırmızı ləkə müşahidə edilib və bu, “AzTECC71” qalaktikası kimi qeydə alınıb. Onun “Böyük partlayış”dan təxminən 900 milyon il sonra meydana gəldiyi ehtimal edilir.

Alimlər bildiriblər ki, qalaktika iki gözü və böyük ağzı olan kabusa-bədheybətə bənzəyir:

“O, sanki hayqıraraq kosmosun dərinliklərinə pərvaz edir”.
Yeni kəşf kainat haqqında anlayışda inqilab edə bilər, çünki əvvəllər belə böyük ulduz “məntəqə”lərinin çox nadir olduğu düşünülürdü. Lakin bu qalaktika belə obyektlərin kainatda 3-10 dəfə daha çox ola biləcəyini göstərir.

“Bu obyekt əsl bədheybətdir. Kiçik bir damcı kimi görünsə də, əslində, hər il yüzlərlə yeni ulduz əmələ gətirir”, - deyə Texas Universitetindən vurğulanıb.


Mənbə: Focus.ua












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.