Rusiya Ukraynadakı əməliyyatların təchiz və davam etdirilməsi xərclərini birbaşa maliyyələşdirmək üçün çox güman ki, 211 milyard dollar xərcləyib. Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bunu fevralın 16-da ABŞ Müdafiə Nazirliyinin əməkdaşı bildirib. Pentaqonun sözçüsü məlumatın mənbələrini açıqlamayıb və hesablamaları əsaslandırmayıb.