“Məşhur vasitə soyuqdəymə üçün təsirsiz ola bilər” – Terapevt

17-02-2024, 16:37           
“Məşhur vasitə soyuqdəymə üçün təsirsiz ola bilər” – Terapevt
“Bal bir sıra faydalı xüsusiyyətlərə malikdir, lakin soyuqdəymənin müalicəsində təsirli olmaya bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə terapevt Svetlana Burnatskaya life.ru saytına müsahibəsində danışıb.
Həkim qeyd edib ki, bal antibakterial, iltihabəleyhinə, antioksidant, immunostimulyasiya edən və yara sağaldıcı xüsusiyyətləri ilə tanınır:
“Quru öskürəyi yumşaltmağa, boğazda ağrı və qıcıqlanmanı azaltmağa, immun sistemini gücləndirməyə kömək edir, buna görə də soyuqdəymə zamanı çox məşhurdur. Lakin bu məhsul 40 dərəcədən yuxarı qızdırıldıqda zərərli birləşmələr yarada bilər. Bundan əlavə, arı məhsullarına allergiyası olan insanlarda, həmçinin diabet və piylənmə olan xəstələr üçün əks göstərişdir”.
Burnatskaya balın viral və ya bakterial infeksiyanı sağaldan dərman olmadığını vurğulayıb:
“Fakt budur ki, xəstəliyin səbəbinə təsir etmir, ancaq simptomları yüngülləşdirir və bədənə dəstək olur. Bundan əlavə, bal antiviral və ya antibakterial dərmanları əvəz edə bilməz, mümkün fəsadların qarşısını almır. Beləliklə, bal və digər məhsullar yalnız əsas müalicəyə əlavə olaraq istifadə edilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.