"Yağıntılar zərərvericilər üçün əlverişli şərait yaradacaq"

18-02-2024, 11:20           
"Yağıntılar zərərvericilər üçün əlverişli şərait yaradacaq"
Qlobal istiləşmə səbəbindən getdikcə daha çox çəyirtkə hücumları qlobal qida təhlükəsizliyini təhdid edir.

Bu barədə sinqapurlu və çinli alimlər Sinyue Liu, Dunsyao Çjan, Siaoqan He “Science advances” elmi jurnalı üçün məqalədə məlumat veriblər.

"İqlimin istiləşməsi çəyirtkə istilalarının geniş yayılmasına səbəb olacaq və çəyirtkələrə nəzarətin ümumdünya koordinasiyası üçün yeni çağırışlara səbəb olacaq", - məqalədə bildirilir.

Qeyd edilir ki, orta temperaturun və yağıntıların artması tipik olmayan ərazilərdə zərərvericilər üçün əlverişli şərait yaradacaq, Afrika və Cənubi Asiyada ənənəvi "qaynar nöqtələrdə" vəziyyəti daha da pisləşdirəcək. Tədqiqatda bildirilir ki, zərərvericilərin yayılma arealı karbon tullantıları ilə aktiv mübarizə vəziyyətində də genişlənməyə davam edəcək.

Mənbə: publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru