Alimlər iş yerində qalmaqal yaratmağın faydalı olub-olmadığını ARAŞDIRIB

21-02-2024, 10:55           
Alimlər iş yerində qalmaqal yaratmağın faydalı olub-olmadığını ARAŞDIRIB
ABŞ və İsraildən olan beynəlxalq alimlər qrupu iş yerində qəzəbi ifadə etməyin təsirlərini araşdırıb.
Mütəxəssislər aqressivliyin daha yaxşı karyera perspektivlərinə nail olmağa kömək edib-etmədiyini öyrənmək istəyiblər.
32gun.az bildirir ki, tədqiqat Frontiers in Social Psychology (FSP) elmi jurnalında dərc olunub.

Bu fərziyyəni təsdiqləmək və ya təkzib etmək üçün komanda bir sıra testlər keçirib.

Onlar, bir neçə biznes təşkilatında işçilər arasında sorğu keçirərək onlardan qəzəbli həmkarlarına münasibətini və daha yüksək statusa, nüfuza və hörmətə layiq olub-olmadıqlarını təsvir etməyi xahiş edib.

Ümumiləşdirilmiş nəticələr göstərib ki, insanların əksəriyyəti qalmaqalların təhrikçilərini bəyənmir, onların davranışlarını yersiz və qeyri-peşəkarlıq kimi qəbul edir.

“Biz gördük ki, qəzəb iş yerində statusun artması üçün katalizator deyil. Üstəlik, qəzəb digər duyğuların ifadəsindən daha pis qəbul edilir. Qəzəbin müsbət hesab edildiyi yeganə vaxt, başqa bir insanın açıq-aydın yanlış hərəkətinə cavab olaraq ifadə edildiyi zamandır. Bu nəticələr iş yerində qəzəbini ifadə edən həm kişilər, həm də qadınlar üçün keçərlidir,” tədqiqatın həmmüəllifi Dr. Roni Porath bildirib.

Nəticələr onu da göstərib ki, dava edənin cinsi onun qavrayışına təsir etmir. Bu, işdə kişilərin qəzəbini ifadə etməsinin onların statusunu artırdığına dair əvvəlki fərziyyələrə qarşı çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.