Cərrah xorultudan xilas olmağın yollarından birini açıqlayıb

22-02-2024, 18:34           
Cərrah xorultudan xilas olmağın yollarından birini açıqlayıb
Rinoseptoplastika (burun çəpərinin korreksiyası) obstruktiv yuxu apnoesi olan insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.

Bu barədə rusiyalı plastik və rekonstruktiv cərrah Andrey Yenin danışıb.

Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün epizodik dayanması deməkdir. Bu vəziyyət çox vaxt xoruldama ilə müşayiət olunur. Yeninin qeyd etdiyi kimi, bu hal ürək-damar xəstəlikləri riskini artırır. Belə ki, bunu sübut edən tədqiqatlardan biri xoruldayan insanların qanında iltihab markerləri və ürək-damar xəstəliklərinə meyilli olduqlarını aşkar edib.

“Bu gün rinoseptoplastika bütün sistemlərin və orqanların toxumalarının yüksək dərəcədə oksigenləşməsi səbəbindən ömrün uzunluğuna təsir edən funksional bir əməliyyatdır, çünki oksigen bütün sistemlərin işləməsi üçün yanacaqdır”, - Yenin vurğulayıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru