Yuxunun keyfiyyətinə təsir edən qidalar AÇIQLANDI

22-02-2024, 19:03           
Yuxunun keyfiyyətinə təsir edən qidalar AÇIQLANDI
Yuxunun keyfiyyətinə mənfi təsir göstərən bir sıra məşhur yemək vərdişləri var.

Bu barədə amerikalı yuxu eksperti Eşli Heynsvort danışıb.

Heynsvortun sözlərinə görə, aclıq hissi ilə yatmaq tövsiyə edilmir, çünki bu vəziyyətdə orqanizmin yuxu rejiminə keçməsi daha çətin olur. O, həmçinin qeyd edib ki, bəzi növ qəlyanaltılar yuxunu poza bilər.

“Karbohidratlar və şəkər bizə enerji verir və beyni stimullaşdırır, lakin narahatlığı artıra bilər, buna görə də, mümkün olduqca, yatmazdan əvvəl onlardan istifadə etməmək daha yaxşıdır”, - ekspert bildirib.
Mütəxəssis sakit yuxu üçün axşamlar qida rasionumuzdan xaric edilməli olan qidaları da diqqətə çatdırıb. Belə məhsulların siyahısına dənli bitkilər, kofeinli və spirt tərkibli içkilər, həmçinin ədviyyatlı qidalar daxildir.

Mənbə: Daily Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru