Son altı ildə Rusiyada birbaşa repressiyaya məruz qalanların sayı məlum oldu – “Proyekt”

23-02-2024, 07:34           
Son altı ildə Rusiyada birbaşa repressiyaya məruz qalanların sayı məlum oldu – “Proyekt”
Son altı ildə Rusiyada 116 minə yaxın insan birbaşa repressiyaya məruz qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Proyekt”in tədqiqatında deyilir.
Eyni zamanda, tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, bu rəqəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmamağa və COVİD məhdudiyyətlərini pozmağa görə cəzalandırılanlar daxil deyil, buna görə də repressiyaların real miqyası dəfələrlə böyük ola bilər.
“Proyekt” vətəndaşların söz, vicdan və sərbəst toplaşmaq azadlığı ilə bağlı maddələrlə inzibati məsuliyyətə cəlb edilməsi hallarının sayını hesablayıb. Məlum olub ki, bu rəqəmlər sovet dövründə “profilaktika”ya məruz qalanların sayı ilə müqayisə oluna bilər. Statistikaya “ekstremist” maddələr də daxil edilib.
Putinin son səlahiyyət müddətinin altı ili ərzində 10 mindən çox insan repressiv cinayət, 105 mindən çox insan isə inzibati ittihamlarla mühakimə olunub.
“Proyekt” hesablayıb ki:
– 2018-ci ildən 2023-cü ilə qədər 50 mindən çox insan dediyi sözlərə görə repressiyaya məruz qalıb;
– Müharibə ilə əlaqədar Rusiyada tətbiq edilən qanunlara görə, artıq 13 mindən çox insan mühakimə olunub, onlardan 4,5 mini hərbçidir;
– Rusiyada hakimiyyət nümayənfəsinə qarşı itaətsizlik, təhqir və zorakılıqla bağlı işlərin sayı artır – altı il ərzində məhkəmələrə bu tərkiblə təxminən 600 min iş daxil olub.
“Agentstvo” nəşri qeyd edir ki, “Proyekt”in araşdırmasına görə, son altı ildə Rusiyada dövlət sirrini açıqlamaq və casusluq ittihamı ilə Soyuq müharibə dövründəkindən daha çox insan mühakimə olunub.
2018-ci ildən 2023-cü ilin sonuna kimi 39 nəfər casusluqda ittiham olunub (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi, 10 ildən 20 ilədək həbs). Beləliklə, Rusiyada casusluq ittihamlarının orta sayı ildə 100 milyon əhaliyə 4,5-dir. SSRİ dövründə 1967-1974-cü illərdə bu rəqəm 0,96 olub.
Rusiyada son 6 ildə daha 329 nəfər dövlət sirrini yaymaqda (283-cü maddə, 7 ilə qədər həbs) mühakimə olunub. Hər 100 milyon əhaliyə orta hesabla məhkəmələr bu maddə üzrə 37,4 ittiham aktı alır. 1967-1974-cü illərdə SSRİ-də cəzalar on dəfə az olub – ildə 100 milyon əhaliyə 1,83 işdən bir qədər çox.
2023-cü ildə Rusiya məhkəmələri dövlətə xəyanətə görə 63 cinayət işi qəbul edib ki, bu da tarixi rekorda çevrilib. Ötən il məhkəmələrə çatan daha 7 iş əcnəbilərlə və ya xarici təşkilatla gizli əməkdaşlıqla bağlı olub, bu maddə 2022-ci ildə Cinayət Məcəlləsinə daxil edilib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, dekabrın sonuna olan 70 işdən 33-də hökm çıxarılıb və hamısı təqsirli bilinib.
Moskva casusluğa görə həbs edilənlərin bəzilərinə xaricdə həbs edilmiş rusiyalı casusların geri qaytarılmasına imkan verən mübadilə fondu kimi baxır. “The Wall Street Journal”ın jurnalisti Evan Gerşkoviç də mübadilə fonduna daxil olub. Taker Karlsona verdiyi müsahibədə Vladimir Putin jurnalisti “vətənpərvərlik səbəbilə Avropa paytaxtlarından birində qulduru məhv edən” şəxslə dəyişməyə hazır olduğunu bildirib. Alman hakimiyyət orqanlarının 2019-cu ildə keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlinə görə məhkum etdiyi Vadim Krasikov bu təsvirə uyğun gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.