Bu ikili hüceyrələrin sürətlə yenilənməsini təmin edir

24-02-2024, 15:08           
Bu ikili hüceyrələrin sürətlə yenilənməsini təmin edir
Zeytun yağı və limonun faydaları saysız-hesabsızdır. Bu iki qidanı qarışdırıb istehlak etmək sözün əsl mənasında sağlamlıq mənbəyidir. Xüsusilə 12 damcı limon suyunu 1 qaşıq zeytun yağı ilə qarışdırıb acqarına içdikdə dəri sağlamlığını dəstəkləyir. Zeytun yağı dərini nəmləndirib qidalandırarkən, iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəri qızartılarını, qıcıqlanmalarını, sızanaq problemlərini azaldır. Limon dərinin pH balansını tənzimləyir və dəri tonunu bərabərləşdirir. Dəridəki ləkələri azaldan limon yağlılıq problemi ilə də mübarizə aparır. Digər tərəfdən qaraciyərə dost olan limon və zeytun yağı qarışığı hüceyrələrin sürətlə yenilənməsini təmin edir. Öd ifrazını artırmaqla, yağlı qidaların həzmini asanlaşdırmaqla və bağırsaq hərəkətlərini tənzimləməklə həzmi asanlaşdırır. Bu xüsusiyyəti ilə zeytunyağı və limon qarışığı qəbizlik əleyhinə təsirə malik olaraq önə çıxır. Bu qarışığın faydalarından yararlanmaq üçün xüsusilə səhərlər acqarına istehlak edilməsi məsləhət görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru