“İntim mövzularla bağlı maarifləndirmə vacibdir, amma...” - Samirə Bağırova

28-02-2024, 00:07           
“İntim mövzularla bağlı maarifləndirmə vacibdir, amma...” - Samirə Bağırova
Son vaxtlar psixoloqların cinsi münasibətlər mövzusunu tez-tez gündəmə gətirməsi, intim mövzulardan söhbət açması ictimai rəydə fərqli mülahizələrə səbəb olmaqdadır. Hətta bəziləri iddia edir ki, bu cür mövzuların açıq müzakirəsi ictimai əxlaqla təzad təşkil edir, yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir və s.

İntim mövzuların psixoloqlar tərəfindən müzakirəsinin hansısa mənfi nəticələrə səbəb olması fikrində qismən də olsa həqiqət payı varmı? Bu cür iddialar cəmiyyətin və ya onun ayrı-ayrı fərdlərinin “daha abırlı görünmək” istəyindən irəli gəlir, yoxsa bunun digər səbəbləri mövcuddur? İntim münasibətlər mövzusu ilə bağlı susqunluğu bu sahədəki mövcud problemlərdən xilas yolu kimi təqdim etmək nə dərəcədə məntiqlidir?

Moderator.az-a açıqlama verən tanınmış psixoloq Samirə Bağırova bu sahədə maarifləndirmənin vacib olduğu qənaətindədir. Lakin ekspert hesab edir ki, bu maarifləndirmə əsl peşəkarlar, həqiqi mütəxəssislər tərəfindən aparılmalıdır:

“Bilirsiz necə ki, səviyyəli yumor, sarkazm yüksək intelekt tələb edir, belə ki, şit zarafata çoxu gülə bilər, amma səviyyəli zarafatı anlamaq üçün zəka tələb olunur. Cinsi mövzular da, həssas mövzu olduğu üçün, cəmiyyətdə qıcıq yaratmadan mədəni şəkildə niyə anlatmaq olmasın, bir halda ki, bu kimi məsələlərin bir çoxunda şüuraltı psixoloji problemlər yatır. Buna görə mütəxəssisin həm də söz bazası olmalıdır. Mən dəfələrlə konfranslarda da diqqət edirəm, əzbərlədikləri söz yığınlarından istifadə edirlər, fikir bildirmək üçün. Çünki adam ancaq dərs oxuyub, heç bir əlavə mütaliəsi, özünüinkişafı olmayıb, sanki dərs danışır, ya da heç oxumadan diplom alıb, sanki yaxın adamı ilə cinsi müzakirə aparırmış kimi çatdırır informasiyanı. Qadınlarda vaginzm, cinsi soyuqluq, kişilərdə və uşaqlarda masturbasiya asılılığı, erkən boşalma və s. bunların bir çoxu psixoloji zədələrdən yaranan problemlərdir. Danışılmasa insanların çoxu utandığından kimə müraciət edəcəklərini də bilmir. Cinsi problemlərlə çalışan psixoloq- seksoloqlar məlumatlandırmalıdırlar əlbəttə ki. İşinin əsl peşəkarı bilir ki, bu həssas mövzuda necə danışmaq, necə davranmaq lazımdır. Nə dinləyən, nə də problemi olanın qüruruna, utancaqlığına toxunmadan maarifləndirici məlumatlar verə bilər. Sadəcə nitq hər kəsdə ola bilər, amma natiqlik mütaliə və etika tələb edir ki, fikrini mədəni çatdıra bilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.