“TikTok”da 15 manat borca görə atasını təhqir etdi – Yeniyetmənin cinayəti

6-03-2024, 09:22           
“TikTok”da 15 manat borca görə atasını təhqir etdi – Yeniyetmənin cinayəti
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zaman Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, 2008-ci il təvəllüdlü Zaman Əsədov 2023-cü ilin may ayının 15-də tanışı, zərərçəkmiş Mahir Fərəcovdan (şərti) 2-3 gün müddətində qaytaracağını vəd edib 15 manat nağd pul borca götürüb. Lakin o, vəd verdiyi müddətdə pulu qaytarmayıb. Mahir də təqsirləndirilən şəxslə onun atasının foto şəkillərini “TikTok” sosial şəbəkəsində paylaşaraq, onların ünvanına nalayiq sözlər yazıb.

Zaman Əsədov 12 avqust 2023-cü il tarixdə, saat 17 radələrində paytaxt ərazisində görüşüb, yaranmış narazılığa aydınlıq gətirmək fikrində olub. O, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Mahirin qarın nahiyəsindən bir dəfə vuraraq ona bədən xəsarəti yetirərib.

Hadisədən sonra Zaman Əsədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

Məhkəmə iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, paytaxt ərazisində yerləşən hamamların birində ofisiant işləyib və zərərçəkmiş Mahir Fərəcovu oradan tanıyıb. Ondan qaytarmaq şərti ilə 15 manat pul alıb. Lakin sonradan pulu olmadığı üçün qaytara bilməyib. Mahir də onun atası ilə olan fotosunu “TikTok”da paylaşaraq, onları təhqir edib. Daha sonra Zaman zərərçəkmişlə görüşüb ona bir bıçaq zərbəsi vurduğunu etiraf edib və etdiyi əməldən peşman olduğunu söyləyib.

Kamal Məmmədov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.