Yağlarla bağlı 30 illik təbliğat: Görün necə aldadılmışıq...
6-03-2024, 09:12

Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də yağ sektorudur. Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Dünyada səhiyyənin inkişaf etməsinə baxmayaraq, müasir elm bir neçə xəstəliyin qarşısında hələ də acizdir. Bəzi xəstəliklərin yaranma səbəbi qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələdir. Bu sırada yağlar üstünlük təşkil edir.
Həm bitki, həm də kərə yağlarından istifadə edən böyük bir kütlə var. Dünyada 80-ci illərdə, Azərbaycanda isə 90-cu illərdə bitki yağı ilə bağlı təbliğat başlamışdı. İnsanlara kərə yağının zərərli olduğu, bitki yağının (qarğıdalı, günəbaxan, zeytun yağı) isə orqanizm üçün faydalı olduğu söylənilirdi. Hazırda isə bitki yağlarından çox kərə yağlarının təbliğatı gedir. Maraqlıdır, bu yağlardan hansı sağlamlığımız üçün daha faydalıdır?
Məsələ ilə bağlı Publika.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, burada əsas məsələ reklamdır:
“Hazırda kərə yağının reklamına daha çox rast gəlirik. Bu yağı ölkəyə gətirənlər maddi imkanlarından istifadə edərək daha çox reklam edirlər. Nəzərə almaq lazımdır ki, dədə-baba vaxtından daim kərə yağına üstünlük vermişik. 1990-cı illərdə bitki yağı yenilik kimi gəldi. Daha sonra isə Azərbaycanda bitki yağı istehsalı başladı. Hətta kərə yağı dadı verən bitki yağları da istehsal olunurdu. Buna görə də bitki yağının nə qədər reklam və təbliğatı aparılsa da kərə yağının əhalinin istifadəsində xüsusi yeri var. Bu yağ bizə bir köynək daha yaxındır. Bəzən görürük ki, səhiyyə və tibbi nöqteyi-nəzərdən təbliğatı aparılır”.
Tədqiqatçıların araşdırmasına görə, “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq məhv edir. Britaniyalı ekspertlər yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur. Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə yağından istifadə etməyi məsləhət görür.
Qida üzrə mütəxəssis Ağa Salamov hər iki yağın faydaları haqqında danışıb.
O əlavə edib ki, bitki yağları doymamış, kərə yağı isə doymuş yağdır: