Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır?

1-04-2024, 11:58           
Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır?
“Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər”.Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva “Doctor Piter” portalına müsahibəsində bildirib.Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imkan verəcək.Mütəxəssis həmçinin qeyd edib ki, bu qidalarda kifayət qədər yağ var ki, bu da ödün fəaliyyəti üçün xeyirlidir.Düzgün səhər yeməyinin əsasında zülallar, kompleks karbohidratlar və faydalı yağlar dayanır. Bu sadalananlar mədədə ağırlıq hiss etmədən oyanmağınıza kömək edəcəklər. Bundan əlavə, nahar vaxtına qədər aclıq hiss etməyəcəksiniz”, - deyə Dilyara Lebedeva bildirib. Qastroenteroloq əlavə edib ki, ideal səhər yeməyi üçün bir yumurta, bir-iki dilim pendir, mayasız çörək, avokado, xoşladığınız göyərtilərin yarpaqları, həmçinin toxum və ya qoz-fındıq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru