Övladını qurban ver, Cənnətdə yer al?!
2-04-2024, 15:24
Sumqayıtda baş verən dəhşətli qətl hadisəsindən sonra müzakirələr artmaqdadır. Bir çoxları atanın öz körpə övladını öldürməsini hansısa dini ayinin bir parçası hesab edirlər.
Qeyd edək ki, yaş yarımlıq Zeynəb Yeşilin dənizdə boğulub ölmüş meyiti tapılıb. Hadisədə körpənin atası, Türkiyə vətəndaşı Ahmet Yeşil şübhəli bilinərək saxlanıb. Onun körpənin paltarına daş və qum dolduraraq dənizə atdığı ehtimal edilir.
Məsələ ilə bağlı jurnalist Aytən Səfərəliyeva diqqətçəkici araşdırma aparıb. Jurnalistin araşdırmasından məlum olur ki, bir sıra dini təriqətlərdə bu cür "qurban vermə" adətləri mövcuddur.
"Encyclopaedia Britannica"da dini təriqətlərlə, sektalarla bağlı mənbə tapdığını deyən jurnalist yazır: "Qurban etmə, qurban kəsmə, ya da, sadəcə elə qurban. Aşağı-yuxarı, bütün köhnə dini kultların tarixində mövcuddur. Bəziləri qəddarlığı ilə seçilir.
Teoriyası: Əhdi-Cədidin ibranilərə yazdığı məktubda deyilir ki, Məsih həm Allahın oğlu, həm də bəşəriyyətin günahsız nümayəndəsidi. Çarmıxa çəkiləndə bütün günaha bulaşmış ruhları təmizləyən kəffarəyə çevrilir, mükəmməl itaətkarlıq nümunəsi olur. Yəni, həm də ki, hamınıza görə çarmıxdadı İsa. Dəhşət! “Mükəmməl itaət” dedikləri də, taleyində hər şeylə barışmaq, qəbul etmək nəzərdə tutulur. Görün, adi adi fiziki nəzəriyyəni hara aparıb calayıblar. Kəffarə nəzəriyyəsi, məmnunluq nəzəriyyəsi.
İnsanın qurban edilməsi, insan canının tanrıya təqdim edilməsi: İnsan qanı müqəddəs həyat qüvvəsi kimi tanınır bir çox köhnə dinlərdə. Lakin bəzilərində boğulma kimi qansız öldürmə üsulları da var. İnsanın öldürülməsi və ya heyvanın insanla əvəzlənməsi çox vaxt Tanrı ilə ünsiyyət qurmaq və ilahi həyatda iştirak etmək cəhdinin bir hissəsi hesab edilib.
İnsan həyatı, qurban üçün ən qiymətli material kimi, kəffarə cəhdi olaraq da təklif edilib, edilir, edilməkdə davam edir.
Astek və Nahua təqviminə uyğun rituallarda Günəşə minlərlə qurban verilirdi. Amma körpələrin qurban edilməsi barədə tarixi faktlara rast gəlinməyib.
Uşaqların yandırılması, boğulması Assur və Kananit dinlərində və müxtəlif vaxtlarda israillilər arasında keçirilib. Daha “bahalı” sayılır deyə, Allahın gözündə daha yaxşı olursan deyə, cənnətdə “yerin” hazır olur deyə...
Ona görə də, onun verilən ömürlük həbs vecinə də olmayacaq".