14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

11-05-2024, 15:38           
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)
Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel 2024-cü il tarixində keçirilən buraxılış və qəbul imtahanlarının nəticələri elan edib.

DİM-in məlumatına görə, imtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib.

Modern.az saytı Polad Bəylərov adına Alxaslı kənd orta məktəbi ilə həmin məzunun kim olduğunu dəqiqləşdirib.

Məktəbdən bildirilib ki, 14 aprel tarixli imtahanlarda ən yüksək nəticə göstərən məzun 2022-cil-də attestat alıb. Bu, Qarayeva Nərmin Elşən qızıdır. Nərmin 14 aprel tarixli imtahanda 296,9 bal toplayaraq ölkə üzrə birinci olub. Belə ki, o, ingilis dilindən 100, ana dilindən 100, riyaziyyatdan 96,9 bal toplayıb.

Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.