Neurology: Ölümcül prion xəstəliyi bəşəriyyəti təhdid edir

11-05-2024, 15:48           
Neurology: Ölümcül prion xəstəliyi bəşəriyyəti təhdid edir
San Antoniodakı Texas Universitetinin tədqiqatçıları iki ovçunun ölümü ilə nadir nevroloji xəstəlik arasında mümkün əlaqəni aşkar ediblər.

Aztibb.az xəbər verir ki, hesabat “Neurology” jurnalında dərc olunub.

Araşdırmaya görə, ovçular heyvanlardan insanlara keçən degenerativ xəstəlik olan xroniki arıqlama xəstəliyinə (CWD) yoluxmuş maralların ətini istehlak ediblər. Əti yedikdən sonra hər iki kişidə Creutzfeldt-Jakob xəstəliyi (CJD) adlı bir növ prion xəstəliyi inkişaf edib. Bu beyində anormal protein qatlanması və sürətlə pisləşməsi ilə xarakterizə olunan neyrodegenerativ xəstəlikdir.

İlk ölüm 2022-ci ildə çaşqınlıq və aqressiya əlamətləri göstərən 72 yaşlı kişidə qeydə alınıb. Eyni maral populyasiyasından olan maral əti yeyən dostu da sonradan Creutzfeldt-Jakob xəstəliyindən dünyasını dəyişib.

Tədqiqatın müəllifləri xəstəliyə xas olan simptomları aşkar ediblər. Sonrakı analizlər CJD diaqnozunu təsdiqləyib.

Xəstə heyvan əti istehlakı ilə CJD arasındakı səbəb əlaqəsi sübut edilməmiş olsa da, tədqiqatçılar potensial ictimai sağlamlıq riskləri ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu vurğulaylıblar.

Creutzfeldt-Jakob xəstəliyi, o cümlədən onun variant formaları, artıq ölümcül nevroloji nəticələrə səbəb olan xəstə heyvan ətin istehlakı ilə əlaqələndirilib. Dəli dana xəstəliyi kimi xroniki arıqlama xəstəliyi də prion xəstəliyidir, lakin onun insanlara yoluxa biləcəyi hələ müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru