"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir

12-05-2024, 00:10           
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
Zəngin mədəniyyəti və təbii gözəllikləri ilə turistlərin sevimli məkanı olan İtaliyanın Neapol şəhərində yerləşən Qayola adası “dünyanın ən lənətlənmiş adası” kimi tanınır. Lənətlənmiş adanın adı 1920-ci illərə aid olsa da, indiyə qədər adada tikilmiş evdə çoxlu insan yaşayıb. Bu insanların ortaq cəhəti odur ki, hamısının başına lənətlənmiş hadisələr gəlib. Bəziləri həyatını itirsə də, bəziləri böyük maddi sıxıntıya düşdü. Lənətlənmiş adada yaşayan insanların başına gələn maraqlı hadisələr...
1920-ci ildə adada tikilən evdə məskunlaşan ilk şəxs Hans Braun olub. Braun bir müddət sonra xalçaya bükülmüş halda ölü tapılıb.
Adanın lənəti ilk dəfə bu hadisə ilə üzə çıxdı. Daha maraqlısı odur ki, Hansın ölümündən az sonra onun həyat yoldaşı da dənizdə boğularaq ölüb.

Hansın ölümü adadakı müəmmalı hadisələrin yalnız başlanğıcı idi. Hansdan sonra adada məskunlaşan Otto Qrunbek də ürək tutmasından dünyasını dəyişib.

Daha sonra adada varlı bir adam məskunlaşdı. Bir müddət sonra o, böyük maddi sıxıntıya düşdü.

Eyni hadisələr adanın növbəti sahibinin də başına gəldi. O, dəfələrlə qohumlarının ölümünün şahidi oldu.

Adada məskunlaşan sonuncu şəxs qatil olmaqda günahlandırılıb və həbsxanada yatmalı olub.

Bütün bu lənətlənmiş hadisələrə baxmayaraq, Qayola adası təmiz dənizin ortasında mirvari kimi dayanır.

Nə qədər lənətlənsə də, insanlar bu gözəlliyi görmək üçün adanın yerləşdiyi Neapol körfəzinə gəlməkdən çəkinmirlər.
Lent.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.