Ərdəbil vilayətində Dəmir dövrünə aid tarixi məzar aşkarlanıb

13-05-2024, 11:08           
Ərdəbil vilayətində Dəmir dövrünə aid tarixi məzar aşkarlanıb
Ərdəbil vilayətində Parsabad-Sərbənd yolunun genişləndirilməsi üçün aparılan qazıntı işləri zamanı təsadüfi olaraq dəmir dövrünə aid qədim məzar aşkarlanıb.

Yarı-rəsmi İSNA xəbər agentliyinin yaydığı xəbərə görə, uzunluğu 70 metr, eni 25 metr olan ərazidə bu tarixi məzar aşkar ediləndən sonra, yol tikintisi işləri dayandırılıb.

Bu təsadüfi kəşfdən sonra bu ərazidə araşdırmaların aparılması doğrultusunda "Oltan Qalası Qəbiristanlığının Tədqiqat Layihəsi 2" adı ilə layihə başlanıb.

Oltan Qalası qəbiristanlığının fövqəladə qazıntı işlərinin müdiri Mehdi Cahid bildirib ki, bu ərazi yol tikintisi üçün qazıntı işləri zamanı boz konteynerlərin təsadüfən tapılmasından sonra aşkarlanıb.

Bu arxeoloqun sözlərinə görə, indiyədək Dəmir dövrünə aid yalnız bir qəbir aşkarlanıb və bununla yanaşı, 4 gil qab, tunc iynə və kiçik əqiq muncuqlar, Balıqqulağı və şüşə tozu və obsidian daşı parçaları aşkar edilib.

Tapılan tək məzarın köçəri icmalara və ya onların yollarına aid olduğunu irəli sürən Mehdi Cahid bildirib ki, həmin ərazidə başqa qəbirlərin olması ehtimalı olduğu üçün ərazidə araşdırmalar davam edəcək.

Bu qəbir Ərdəbil vilayətinin şimalında yerləşən tarixi Oltan qalası yaxınlığındakı ərazidə aşkar edilib. Maraqlıdır ki, bundan əvvəl 2022-ci ildə həmin Parsabad-Sərbənd yolunun genişləndirilməsi layihəsi zamanı Parfiya və Səlcuqlular dövrünə aid onlarla tarixi məzar aşkarlanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.