Sanki gecə kimsə "boğur"... Səhər oyananda udqunduğumuz zaman boğazımız niyə ağrıyır?

13-05-2024, 10:24           
Sanki gecə kimsə "boğur"...
Səhər oyananda hiss etdiyiniz ilk şey boğaz ağrısıdır. Bu, xüsusilə qış aylarında və ya quru havalarda hamımız üçün ümumi bir şikayətdir. Bəs niyə bəzi səhərlər boğazımız ağrıyır, ondan qurtulmaq üçün nə edə bilərik?
Bizimyol.info xəbər verir ki, "webtkno"nun verdiyi məlumata görə, səhər oyandığınız zaman danışa bilmirsinizsə və ya udqunduğunuz zaman boğazınız ağrıyırsa, bunun birdən çox səbəb ola bilər.

Məzmunu oxuduqdan sonra siz yuxu rejiminizi, otağınızı və həyat tərzinizi dəyişə bilərsiniz.

Otaqda quru hava

Daxili hava qış gecələrində, xüsusən də istilik sistemləri işləyərkən əhəmiyyətli dərəcədə quruyur. Yuxu zamanı su istehlak etmədiyimiz və daha az tüpürcək ifraz etdiyimiz üçün bədənimiz su itirir. Bu, boğazımızın qurumasına səbəb olur. Quru boğazın qıcıqlanması ağrı gətirir.

Yuxu zamanı ağızdan nəfəs almaq

Bir çoxumuz yatarkən fərqində olmadan ağzımızla nəfəs alırıq. Burun tutulması, sinüzit, xoruldama və ya yuxu apnesi səbəbiylə ağızdan nəfəs almaq, boğazın təbii nəmini azaldır, boğaz ağrısı ilə oyanmağa səbəb olur.

Qastroezofageal reflü xəstəliyi (GERD)

Mədə məzmununun özofagusa və boğaza geri sızdığı bir vəziyyət olan GERD xüsusilə yatarkən baş verir və turşunun boğazı qıcıqlandırmasına səbəb olur.

İnfeksiyalar

Boğaz ağrısının ən çox görülən səbəblərindən biri infeksiyalardır. Yatmasaq belə, viruslar və ya bakteriyalar boğaz ağrısına səbəb ola bilər. Yuxu zamanı bədən istirahət edərkən belə, infeksiyanın yaratdığı iltihab səhər saatlarında daha aydın görünə bilər.

Allergiya

Xüsusən də yaz gələndə səhərlər boğaz ağrısından əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Allergiyaya səbəb olan maddələrə (məsələn, polen, ev tozu gənəsi) gecə ərzində məruz qalma boğazda iltihaba və səhər ağrıya səbəb ola bilər.

Siqaret çəkmək

Siqaret boğazın selikli qişasını qurudur və onu infeksiyalara qarşı həssas edir. Tənəffüs yollarının qıcıqlanması da öskürək və nəfəs almaqda çətinlik kimi vəziyyətlərə səbəb ola bilər ki, bu da səhər sizi daha da pisləşdirə bilər.

Ucadan danışmaq

İclaslarda, məclislərdə bütün günü danışırdın, hətta eşidilmək üçün qışqırmalı olurdun. Gün ərzində boğazınızdakı əzələlərə təzyiq göstərdiyiniz və səs tellərində qıcıqlanmaya səbəb olduğunuz üçün səhərlər boğaz ağrısı ilə oyana bilərsiniz.

Boğaz ağrısını aradan qaldırmaq üçün nə edə bilərsiniz?

Yataq otağınızda nəmləndirici istifadə edə bilərsiniz.
Gün ərzində bol su içməklə bədəninizin susuzlaşmasının qarşısını ala və boğazınızdakı nəmi saxlaya bilərsiniz.
Əgər allergiyanız varsa, müvafiq allergiya dərmanlarından istifadə edərək yataq otağınızı allergenlərdən təmizləyə bilərsiniz.
Əgər reflüdən əziyyət çəkirsinizsə, çarpayınızın başını bir qədər yuxarı qaldıraraq və ya əlavə yastıqlardan istifadə edərək yata bilərsiniz.
Siqaret və digər tütün məmulatlarından istifadə etmək vərdişindən imtina edə bilərsiniz.
Gün ərzində yüksək səs əvəzinə orta səviyyəli tonda danışa bilərsiniz.
Əgər xoruldama və yuxu apne probleminiz varsa, müalicə ala bilərsiniz.
Səhər boğaz ağrısı adi bir hadisə hesab edilməməlidir. Çox vaxt zərərsiz görünə bilər, amma həyat keyfiyyətinizə mənfi təsir göstərdiyi açıqdır. Yuxarıdakı sadə ehtiyat tədbirləri ilə narahatlığınızı minimuma endirə bilərsiniz.

Unutmayın ki, boğaz ağrısı uzun müddət davam edərsə, həkimə müraciət etməlisiniz. Öz sağlamlığınızın qayğısına qalmaqla günə ağrısız və daha xoşbəxt başlamaq sizin əlinizdədir!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.