Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

15-05-2024, 15:54           
Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək
Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb.

San-Paulu Federal Universitetindən Marselo Briones aşkarlanmış virusları sintez etmək və laboratoriyada müasir insan hüceyrələrini onlarla yoluxdurmaq niyyətindədir.

Alim və komandası iki neandertal kişisinin skeletindən götürülmüş DNT-ni analiz ediblər. Tədqiqatçılar müasir insanlarda soyuqdəymə əlamətləri ilə özünü büruzə verən adenovirusun qalıqlarını müəyyən edə biliblər. Həmçinin herpes virusu və cinsi yolla keçən papilloma virusu da aşkarlanıb. Sonuncu itiuclu kondiloma və xərçəngə səbəb ola bilər.

Hər üç virus bəşər tarixində ən qədim virusdur. Əvvəllər ən qədim virus “Homo sapiens”in dişlərində tapılan 21 min illik virus hesab olunurdu.
Briones bildirib ki, onun komandası qazıntılar zamanı neandertal qalıqlarının müasir insanlar tərəfindən çirkləndirilməsi ehtimalını istisna edir.

Bəzi tədqiqatçılar hətta virusların neandertalların nəsli kəsilməsində mühüm rol oynaya biləcəyini irəli sürürlər.

Mənbə: New Scientist












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.