ORALARDA NECƏDİR? - Mərakeşdə yalnız kişilər aliment ödəyirlər, qadınlar rahatdırlar

27-05-2024, 13:14           
ORALARDA NECƏDİR? -
Gülnar Muradovanın təqdimatında Baku TV-nin efirində yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə ucsuz-bucaqsız səhraları, şimaldan Aralıq dənizi, qərbdən isə Atlantik okeanı sularının yuduğu maraqlı, ekzotik ölkə Mərakeş və ölkənin adı ilə bənzər olan Mərrakeş şəhərindən bəhs olunub. İqliminin xoş olmasına görə Mərakeş tarixən insanların yaşadığı yer olub.

1901-ci ildə Fransa tərəfindən işğal olunmasına baxmayaraq, 1956-cı ildə müstəqilliyini qazana bilib. Mərrakeş şəhərinin əhalisi rəngarəng bağları, bazarları və məscidləri ilə turistlərin diqqətini cəlb edir. Mərrakeşdə minimum maaş ortalama 200 dollar, yəni 340 manatdır. Buna görə də, aztəminatlı əhali dövlət xəstəxanalarına müraciət edir. Orada isə hər şey elə də yaxşı deyil. Mərakeşdə həkimlər nüfuz sahibidirlər və bir çox xəstəxanalarda həkim çatışmazlığı var.

Qazancları 2000-2500 dollardır. Bu isə 3400-4250 manat edir. Burada məktəbə 6 yaşından gedirlər. Mərakeşdə təhsilin üstün cəhətlərindən biri də odur ki, hər iki dövlət dili həm ərəbcə, həm də fransızca tədris olunur. Müəllimlər həkimlər kimi ağ rəngdə geyinirlər. Hesab olunur ki, ağ rəng insanın sinir sistemini sakitləşdirir.

Təhsil istəyə görə 9 və ya 12 il davam edir. Mərakeş İslam ölkəsi olmasına baxmayaraq, burada qadınlar özlərini daha rahat hiss edirlər. Məsələn, boşanma zamanı səbəb nə olursa olsun, alimenti həmişə kişi ödəyir. Hətta evlilikdən dünyaya uşaq gəlməyibsə belə, kişi yenə də qadına pul ödəyir. Mərakeşdə qadınların təhsil alması və istənilən sahədə karyera qurması da mümkündür. Qadınlar geyimlərində də sərbəstdirlər.

Mərrakeş kimi ziddiyyətli şəhərdə yaşamaq bəlkə də, çətindir. Burada "sən mənim qara ciyərimsən" demək ən ülvi sevgi etirafı sayılır. Bu əsrarəngiz şəhərdə hər kəsin öz yolu, öz ruzisi var. Onlar çətinlikdən qorxmurlar və hər günü şükür edərək başa vururlar.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.