Lənkəranskiyə görə qisas planı qurdu - Dəhşətli qətlin DETALLARI

22-06-2024, 18:57           
Lənkəranskiyə görə qisas planı qurdu - Dəhşətli qətlin DETALLARI
Rusiyanın Sankt-Peterburq şəhərində sifarişli qətli icra edən Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2017-ci ilin aprelin 28-də 1975-ci il təvəllüdlü Cabir Həsənovun meyiti Sankt-Peterburq şəhəri, Lenin prospektindəki 148 nömrəli evin 6-cı blokunun qarşısında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cabir Həsənovun ölümünə beyin toxumasının qismən dağılması, gövdə və aşağı ətrafların çoxsaylı odlu silah yaraları səbəb olub.

Camal Həsənov barəsində istintaqdan qaçıb gizləndiyi üçün 2017-ci ilin noyabrın 14-də beynəlxalq axtarış elan edilib və onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

2021-ci ilin iyunun 24-də cinayət işi Azərbaycan Baş Prokurorluğuna, oradan isə Xətai Rayon Prokurorluğuna göndərilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Camal Həsənov tutularaq istintaqa təhvil verilib.
Məhkəmə iclasında Camal Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. İstintaqda verdiyi ifadəsini təsdiq edərək bir daha vurğulayıb ki, heç vaxt hər hansı kriminal qruplaşmanın üzvü olmayıb. Cabir Həsənov düşmənçilik edən iki cinayətkar qrupun qarşıdurması nəticəsində qətlə yetirilib. O, Cabir Həsənovu öldürməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı video-materialda:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.