Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi 6 aydan yuxarı hər kəs üçün yenilənmiş COVID peyvəndləri tövsiyə edir
29-06-2024, 12:34
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi 2024-25-ci il peyvənd kampaniyası zamanı 6 aydan böyük hər kəsə, hətta əvvəllər xəstəliyə qarşı peyvənd edilmiş şəxslərə belə, yenilənmiş COVID-19 peyvəndinin vurulmasını tövsiyə edib.
Agentlik cümə axşamı açıqladığı tövsiyyə Ərzaq və Dərman Administrasiyası tərəfindən icazə verilən və ya təsdiqlənən 6 ay və daha böyük insanlar üçün nəzərdə tutulan yenilənmiş COVID-19 peyvəndlərinin istifadəsinə yekdilliklə səs verən ekspertlər qrupunun tövsiyəsini təkrarlayıb.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib ki, tövsiyəsi yeni "Moderna", "Novavax" və "Pfizer" peyvədləri bu ilin sonunda hazır olduğunda qüvvəyə minəcək.
ABŞ-ın Ərzaq və Dərman Administrasiyası bu ayın əvvəlində peyvənd istehsalçılarından vaksinləri mümkündürsə, əvvəlki "JN.1" variantının əvəzinə "KP.2" variantını hədəfləməyəcək şəkildə yeniləməyi xahiş edib.
"Moderna" və "Novavax"2024-cü ilin payız mövsümündə tətbiq edəcəyi peyvəndləri "JN.1" ştamını hədəf alacaq şəkildə yeniləmək üçün Ərzaq və Dərman Administrasiyasına ərizə ilə müraciət ediblər.
"JN.1" variantı bu ilin əvvəlində ABŞ-da dominant idi. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, artıq bu ştamm o qədər də geniş yayılmasa da, iyunun 22-də başa çatan iki həftəlik müddət ərzində xəstəlik hallarının 4,4% -ni təşkil etdiyi təxmin edilib.
"KP.2" ştammının halların təqribən 20,8%-ni təşkil etdiyi təxmin edilir. Hal-hazırda dominant olan "KP.3" isə yoluxma hallarının 33,1%-təşkil edir.