Yarım milyard il əvvəl yaşamış canlı tapılıb

29-06-2024, 18:08           
Yarım milyard il əvvəl yaşamış canlı tapılıb
Mərakeşin Yüksək Atlas dağlarında fosil yatağında yarım milyard il əvvəl yaşamış buğumayaqlı canlı aşkar edilib.

"Cebhe.info" xəbər verir ki, tədqiqatçılar Pompey adlandırdıqları trilobitin ən toxunulmaz nümunəsini tapıblar.

Bildirilib ki, trilobit eramızın 76-cı ildə Vezuvi dağının püskürməsi zamanı yaxınlıqdakı vulkandan dəniz suyuna keçən isti kül səbəbindən dərhal fosilləşib. Buna görə Pompey adlandırılıb.

500 milyon il əvvələ aid olduğu deyilən canlının kül içində basdırılması onun bütün bədənini qoruyub. Bu, tədqiqatçıların ilk dəfə analiz etməsinə şərait yaradıb.

Tədqiqatçılar bu tapıntıların Yerdəki həyatın təkamülü ilə bağlı mühüm kəşflərə səbəb olacağını gözlədiklərini bildiriblər.

Trilobitlər təxminən 521 milyon il əvvəldən Perm dövrünün sonuna qədər mövcud olmuş qədim dəniz artropodlarıdır. Arthropoda filumuna mənsub olan trilobitlərin hazırda nəsli kəsilib. Trilobitlər forma, ölçü və yaşayış yeri baxımından son dərəcə müxtəlif olub və fosil qeydlərinə görə 20.000-dən çox növ var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.