Başqa ulduzların işığı altında qaralmağın mümkün olduğu ilk solyarium açılıb
10-07-2024, 13:08
Parlaq ulduzların şüalanmasından qaralmaq Yer kürəsini tərk etmədən digər planetlərdə həyatın ruhunu hiss etməyə imkan verəcək.
Almaniyada ilk "ulduzlu solyarium" açılıb. Aparatın içindəki qaralma üçün lampaları müxtəlif ulduzların spektrlərini təqlid edir. Bu layihə konseptual-rəssam Conatan Kits tərəfindən Münhendəki "Festival der Zukunft" mədəniyyət və texnologiya festivalında təqdim edilib.
Bu barədə Rusiya mediası "Space.com." portalına istinadən xəbər verib.
Salonda sərin qırmızı cırtdanlardan tutmuş, Lira bürcündən Veqa kimi mavi nəhənglərə qədər müxtəlif şüalanmaya malik lampalar tapmaq mümkündür. Orada həmçinin Orion bürcündə qırmızı supernəhəng olan Betelgeyz (tezliklə göydən əbədi olaraq yox olma ehtimalı var) spektrinə malik lampa da var.
Təşəbbüs müəllifinin fikrincə, parlaq ulduzların şüalanmasından qaralmaq Yer kürəsini tərk etmədən digər planetlərdə həyatın ruhunu hiss etməyə imkan verəcək.
Conatan Kits həmçinin jurnalistlərə bildirib ki, o, digər planetlərin sakinlərini solyariumda qəbul etməkdən və ya qonşu qalaktikada növbəti belə bir müəssisəni açmaqdan məmnun olacaq.
Rəssam izah edib ki, bu şəkildə ziyarətçilərlə hamımızın kosmik varlıqlar olduğumuzu və insanın nə vaxtsa başqa bir dünyanın səthinə ayaq basan yadplanetliyə çevriləcəyi anlayışını bölüşmək istəyib.