Mikroplastik ağcaqanadların immunitetini azaldır: İnsan sağlamlığına yeni təhlükə

1-08-2024, 17:14           
Mikroplastik ağcaqanadların immunitetini azaldır: İnsan sağlamlığına yeni təhlükə
Mikroplastik ağcaqanadların bağırsaqlarına təsir edərək onların immunitetini zəiflədir. Bu isə həşəratların malyariya, denqe qızdırması kimi xəstəliklərə yoluxmasının artmasına gətirə və beləliklə insanlara daha çox ötürməsinə səbəb ola bilər.
Bu barədə rusiyalı alimlər xəbərdarlıq ediblər. Mütəxəssislər, ümumiyyətlə, ağcaqanadların inkişafının bütün mərhələlərində yaşama qabiliyyətinin kifayət qədər yüksək olduğunu vurğulayıblar.

"Bununla belə, biz gördük ki, mikroplastikin aşağı konsentrasiyaları ağcaqanad sürfələrində immunitetin zəifləməsinə səbəb olur", - deyə elm adamları vurğulayıblar.

Alimlər həşəratların immunitetinin azalmasının mümkün səbəbi kimi onların bağırsaqlarının mikroplastik hissəcikləri ilə tıxanması ilə bağlayırlar.

"Bu, bağırsaq toxumalarının mikro zədələnməsi, həmçinin mikrobiotanın strukturu və tərkibində dəyişikliklərlə müşayiət oluna bilər. Bu dəyişikliklər ağcaqanad sürfələrinin insektisidlərə və patogenlərə qarşı davamlılığına əhəmiyyətli dərəcədə təsir göstərir. Bir tərəfdən, bu, ağcaqanadların zəhərli preparatlara qarşı daha həssas olmasına səbəb olacaq, digər tərəfdən isə həşəratların sonradan insana ötürülə biləcək müxtəlif parazitar və yoluxucu xəstəliklərə yoluxmasının artmasına gətirib çıxaracaq", - deyə onlar xəbərdarlıq ediblər.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru