Niyə xəbərdarlıq işarələri adətən qırmızı rəngdə hazırlanır?

8-08-2024, 12:34           
Niyə xəbərdarlıq işarələri adətən qırmızı rəngdə hazırlanır?
Qırmızı rəng bütün dünyada həm yolda, həm də digər xəbərdarlıq nişanlarında standart olaraq qəbul edilir.

Bunun altında yatan səbəblərə baxdığımızda ilk növbədə onun cəlbedici olmasıdır, lakin qırmızı seçimində digər amillərin də rolu var.

Xəbərdarlıq işarələrində qırmızı rəngin istifadə edilməsinin əsas səbəbi yuxarıda qeyd etdiyimiz kimi cəlb edici rəng olmasıdır.

Qırmızı insan gözünün qavradığı ən asan rənglərdən biridir. Biz həmçinin bilirik ki, qırmızı bir çox mədəniyyətdə təhlükə və ya fövqəladə vəziyyəti xarakterizə edir. Bu vəziyyət beynəlxalq standartların müəyyənləşdirilməsində də təsirli olub. Onu da xatırladaq ki, qırmızı gecə və ya zəif işıq şəraitində belə yaxşı görülə bilən rəngdir.

Bununla belə, başqa səbəbin olduğunu da qeyd etdik.

Qırmızı piqmentlər ümumiyyətlə dayanıqlı və uzunömürlüdür, günəş, yağış və qar kimi hava şəraitində rənglərin solmasının qarşısını alır. Qırmızı boyalar UV şüalarına da davamlı olan rənglərdən biridir.

Digər tərəfdən, LED lövhələrin geniş yayıldığını nəzərə alsaq, qırmızı LED işıqlar digər rənglərə nisbətən daha səmərəli və enerjiyə qənaət edir.

Beləliklə, bütün bu amilləri nəzərə alaraq deyə bilərik ki, qırmızı diqqəti cəlb etməklə yanaşı, həm də qənaət təmin etdiyi üçün üstünlük təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.